– Yaponiya tarixçisi. O, Yaponiyada diplomatika elminin əsasını qoyan şəxslərdən biri olmuşdur. O, qədim Yaponiya tarixi üzrə qabaqcıl tarixçilərdən biri olmuşdur.

Həyatı və karyerası Katsumi Kuroita 1874-cü ilin sentyabrında Yaponiyanın Naqasaki prefekturasının Hasami qəsəbəsində doğulmuşdur. O, Yohey və Mikiko Kuroitanın ən böyük oğlu olmuşdur. 1890-cı ildə Omura orta məktəbini bitirmişdir. 1896-cı ildə Tokio Universitetindən məzun olduqdan sonra Ukiçi Taquçinin redaktorluq etdiyi "Tokyo Keyzai" liberal iqtisadiyyat jurnalının heyətinə qatılmışdır. Taquçi ilə birlikdə bir çox tarixi işin nəşrinə töhfə vermişdir: əhəmiyyətli klassik yazılar kolleksiyası olan "Qunşo Ruicu" və Yaponiya tarixi haqqında sənədlər kolleksiyası olan "Kokuşu Taykey". 1905-ci ildə doktorat dərəcəsi əldə edərək Tokio Universitetinin köməkçi professoru olmuş və Təhsil Nazirliyinin redaktor-tərtibçisi seçilmişdir. Yaponiyadakı tarixi yerlərin və incəsənət xəzinələrinin mühafizəsi ilə məşğul olmuşdur. 1903-cü ildə öz komonco nəzəriyyəsini təqdim etmişdir.

Kuroita 1905-ci ildə təhsil məqsədilə Avropaya göndərilmişdir. Yaponiyaya qayıtdıqdan sonra Tokio Universitetinin professoru, 1919-cu ildə universitetin tarix fakültəsinin baş tarix tərtibçisi təyin olunmuşdur. 1927-ci ildə Amerika və Avropaya səyahət etmişdir.

Kuroita Yaponiyada esperanto hərəkatının qabaqcılı olmuşdur. O, 1906-cı ildə esperanto dilini öyrənməyə başlamış və yapon esperanto təşkilatının ilk lideri olmuşdur. 1906-cı ildə ilk esperantoca–yaponca lüğətinin müəllifi olmuşdur. O, 1920-ci illərin əvvəlinə qədər Yaponiyanın aparıcı esperantoçularından biri olmuşdur.

Şəxsi həyatı Kuroita 1898-ci ilin dekabrında Tokyoite Kennosukenin qızı olan Mizuno Kiyo ilə evlənmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kotobank saytında bioqrafiyası

Kateqoriya:Yaponiya tarixçiləri Kateqoriya:Yaponiya esperantoçuları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Naqasaki prefekturasında doğulanlar