Qıznaz Türkeli (; ) — Azərbaycan əsilli Türkiyə əsnafı və siyasətçisi.

Həyatı Qıznaz Türkeli 1 yanvar 1962-ci ildə Türkiyədə, İğdırın Mələkli qəsəbəsində anadan olmuşdur. Onun ailəsi İğdıra Təbriz və Qum şəhərlərindən gəlmişdir. Türkeli özünü sosialist adlandırmışdır. O, ibtidai və orta təhsilini İğdırda tamamlamışdır. Türkeli gənc yaşlarında bir çox iş yerlərində və fabriklərdə çalışaraq iş həyatına başladıqdan sonra 15 il əsnaf olaraq çalışmışdır. O, qadın təşkilatları fəhlə hərəkatlarında fəal iştirak etmişdir. Türkeli Türkiyə Böyük Millət Məclisinin XXV çağırış Iğdır millət vəkili olmuşdur. Ailəlidir, uşağı var.

İstinadlar

Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları