Türkiyə pasportu () — 15 iyul 1950-ci il tarixli Pasport Qanununa əsasən Türkiyə vətəndaşlarına Türkiyədən kənara səyahət etmək üçün verilir. Şimali Kipr Türk Respublikası vətəndaşları da Türkiyə pasportu üçün müraciət edə bilərlər. 2010-cu il iyunun 1-dən verilən pasportlar biometrikdir və 10 ilə qədər etibarlıdır.PASAPORT PANOSU
Növləri 4 növ Türkiyə pasportu var:Pasaport HizmetleriPasaport Hizmetleri Sıkça Sorulan Sorular
Adi Pasport (Umuma mahsus pasaport) Adi pasport (Bordo pasaportu kimi də tanınır) — hər bir Türkiyə vətəndaşının əldə edə biləcəyi bir pasport növüdür.
Xüsusi pasport (Hususi pasaport) Yaşıl pasport kimi də tanınan bu xüsusi pasportun sahibi Avropa ölkələrinə (Cənubi Kipr və İrlandiya istisna olmaqla), təxminən 67 ölkəyə vizasız səyahət edə bilər.Türk Vatandaşlarının Tabi Olduğu Vize Uygulamaları Adi pasportdan fərqli olaraq, o, pasport rüsumundan azaddır (yalnız kitabça rüsumu). Aşağıdakı şəxslər ala bilər:
Birinci, İkinci və Üçüncü dərəcəli dövlət məmurları. Təqaüdə çıxmış Birinci, İkinci və Üçüncü dərəcəli dövlət məmurları. Böyükşəhər Bələdiyyə başçıları. Ən azı 15 il təcrübəsi olan akademiklər və hüquqşünaslar. Xüsusi pasport sahiblərinin həyat yoldaşları. Xüsusi pasport sahiblərinin 25 yaşınadək olan uşaqları.
Xidmət pasportu (Hizmet pasaportu) Boz pasport kimi də tanınır. Xidməti pasport verilir:
Xüsusi və ya diplomatik pasport almaq hüququ olmayan və rəsmi və ya hökumətlə əlaqəli məqsədlər üçün xaricə səfər etmək zəruriyyətində olan şəxslərə. Türkiyəni beynəlxalq yarışlarda təmsil edən milli idmançılara. Türkiyənin üzv olduğu beynəlxalq təşkilatlarda çalışan Türkiyə vətəndaşlarına. Türkiyə Qırmızı Aypara Cəmiyyətinin işçilərinə. Türk Hava Qurumu işçilərinə. Xidməti pasport sahiblərinin həyat yoldaşlarına. Xidməti pasportu olanların uşaqlarına (25 yaşına qədər).
Diplomatik pasport (Siyah pasaport) Qara pasport kimi də tanınan Diplomatik pasport aşağıdakı şəxslərə təqdim olunur:
Türkiyə hökumətinin nazirlərinə. Türkiyə Böyük Millət Məclisinin sədrinə və üzvlərinə. Böyükşəhər Bələdiyyə Başçıları, onların müavinləri və Böyükşəhər şuralarının üzvlərinə. Prezidentə və keçmiş Prezidentlərə. Dünyanın istənilən yerindəki Türkiyə səfirliklərində xidmət edən tanınmış simalara. Diplomatik pasport sahiblərinin həyat yoldaşlarına. Diplomatik pasporta malik olanların subay uşaqlarına (25 yaşına qədər).
Müvəqqəti pasport (Pembe pasaport) Çəhrayı pasport kimi də tanınan bu müvəqqəti pasport xaricdə pasportunu itirmiş şəxslərə verilir. Bunun üçün şəxsən Türkiyə Respublikası Səfirliyi və ya Konsulluqlarına müraciət etmək lazımdır. Müvəqqəti pasportla Türkiyədən xarici ölkəyə 30 gün ərzində bir dəfə səfər etmək mümkündür.
Xarici pasport Türkiyə vətəndaşının xarici pasportu tünd göy rəngdədir və Miqrasiya İdarəsi müdirliyi tərəfindən verilir. Üzərində "Əcnəbilər üçün yaşayış icazəsi" yazısı var. Adi pasportla eyni ölçüdədir.
Viza tələbləri Henley Pasport İndeksinə görə, 2026-cı ilə qədər Türkiyə vətəndaşları 113 ölkə və əraziyə vizasız və ya gələrkən viza ala bilərlər. Türkiyə pasportu dünyada 45-ci yerdədir. Türkiyə vətəndaşları Aİ üzv dövlətlərə, Birləşmiş Krallıq və Kanada kimi ölkələrə getdikdə viza üçün müraciyyət etməlidirlər.
Türk adi pasport sahibləri üçün viza tələbləri
Türkiyənin xüsusi, xidməti və diplomatik pasport sahibləri üçün viza tələbləri Xüsusi, xidməti və diplomatik pasport istifadəçiləri Şengen ərazisinə səyahət etmək üçün viza tələblərindən azaddır. Xüsusi pasport sahibləri 158 istiqamətə, həmçinin Şengen zonasına səyahət edə bilərlər. Bu üç növ pasport dünya reytinqində 16-cı yerdədir. Yalnız diplomatik pasport sahibləri Birləşmiş Krallıq, İrlandiya Respublikası və Hindistana səfərləri üçün viza tələblərindən azaddırlar.
Türk şəxsiyyət vəsiqəsi ilə beynəlxalq səyahət Türkiyə vətəndaşları Türkiyə hökuməti ilə müvafiq ölkələrin hökumətləri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında aşağıdakı ölkələrə səyahət etmək üçün pasport əvəzinə Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən istifadə edə bilərlər: ÖlkəQalmaq müddətiAzərbaycan Gürcüstan Moldova Şimali KiprUkrayna Bosniya və HerseqovinaSerbiya
Biometrik pasport Yeni ICAO standartlarına uyğun Türk biyometrik pasportları 1 iyun 2010-cu ildən mövcuddur.AB’ye uygun ‘çip’li pasaport haziranda geliyor süresi 10 yıla çıkıyor Yeni pasportlar üçün müraciət görüşləri hökumətin internet saytı vasitəsilə onlayn rezervasiya edilə bilər, lakin ərizələr şəxsən təqdim edilməlidir.Atalay: Çipli pasaport başvurusu online olacak
Bir neçə pasport Üzrlü səbəbləri olan şəxslərə birdən çox pasporta sahib olmağa icazə verilə bilər. Bu, adətən iş üçün tez-tez səyahət edən və səyahət üçün bir pasporta ehtiyac duyan, digəri isə başqa ölkəyə viza gözləyə bilən insanlara aiddir. Bu halda həmin şəxs səyahət problemi yaşamamaq üçün ikinci pasport üçün müraciət edə bilər.
Qalereyası Mövcud pasportlar
Tarixi pasportlar
Həmçinin bax Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə Kateqoriya:Türkiyədə siyasət Kateqoriya:Pasportlar Kateqoriya:Şəxsiyyət sənədləri Kateqoriya:Türkiyənin dövlət quruluşu Kateqoriya:Türkiyənin xarici siyasəti Kateqoriya:Dövlət sənədləri Kateqoriya:Türkiyədə hüquq