Bir ildə həyat () — ABŞ istehsalı romantik, dram filmi. İlk dəfə 2017-ci ildə tamaşçılara verilməsi planlansa da, COVID-19 pandemiyası səbəbiylə 2020-ci ildə yayımlandı. https://novelpro/latest-news/interview-with-mitja-okorn-director-of-life-in-a-year
Məzmun Derin, varlıdır və atası Xaviyerin dəstəyi və planları ilə Harvard Universitetinə qəbul olmaq üçün ciddi addımlar atır. İdman təcrübəsi də geniş olan Derin'in ən böyük marağı repədir. İzəbel isə anasından ayrı, oxumayan, öz həyatını yaşayan sərt tipli bir qızdır.
Bir gün musiqi konsertinə gedən zaman yaşıl saçlı İzəbel ilə tanış olan Derin ona aşiq olur. Həmin gündən internetdə onun şəklini tapmağa və əlaqə yaratmağa çalışır. Lakin tapa bilmir.
Aradan qısa bir müddət keçdikdən sonra onu bir dondurma marketində görür və o gündən etibarən görüşməyə başlayırlar. Zaman keçdikcə İzəbelə aşiq olan Derin onu sevdiyini, hara baxırsa-baxsın yalnız onu gördüyünü deyir. Lakin İzəbel niyə oxumadığını və həyatını nə üçün formalaşdırmadığını ona etiraf edir. Əslində xərçəng xəstəsi olduğunu, cəmi 1 il ömrü qaldığını dedikdə Derin çox məyus olur və oradan uzaqlaşır.
Növbəti günlərdə dostları ilə görüşən Derin, planlar qurur ki, İzəbel bir ilə bütün həyatını yaşasın. Bu səbəblə onlar yenə də görüşməyə başlayırlar. Lakin bu dönəmdə İzəbel şərt kəsir ki, onlar sevgili olaraq adlanmayacaqlar. Dönəm-dönəm Harvarda hazırlaşan Derin artıq gün keçdikcə daha da zəif qiymətlər alır və vaxtını İzəbel üçün ayırır. Birlikdə Derinin ilk demo repini yaradır, gözəl vaxt keçirirlər.
Atası onları birlikdə görən zaman qızın avara olduğunu, oğlu ilə gələcək həyatda birlikdə ola bilməyəcəkləri qərarına gəlir və Derinlə bu barədə danışır. Bur müddət sonra Derin qızı atası ilə öz evlərində görüşdürdükdə, atası İzəbelə lazımsız suallar verir və qız evdən çıxıb gedir. Bu andan sonra Harvard üçün nə qədər çalışsa da, Derin oxumur və bu səbəblə atası ilə qızğın mübahisə çıxır. Derin evdən gedir və İzabel ilə yenə də həyatlarına davam edirlər.
Bir müddət sonra Derin, İzəbelə evlənmə təklif edir. İzəbel isə, sağlam insanlarda olduğu kimi gələcək xəyalları olmadığını deyir və cavabı "xeyr" olur. Bundan bir müddət sonra, Derin sürpriz edərək İzəbeli uzun müddət sonra anası ilə görüşdürür. Görüşən zaman İzəbel öyrənir ki, sən demə anası başqa biri ilə evləndiyi üçün uşaqlıqdan heç görüşməyib onunla. Bu onun xəstəliyini daha da gücləndirir və güclü təşviş keçirərək balaca bir axar suda huşunu itirir.
Zaman keçdikdə xəstəlik İzəbelin bütün bədəninə yayılır və orqanları bir-bir fəaliyyətini dayandırır. Tibb bacısı İzabelin cəmi bir neçə həftəsinin qaldığını deyir. Həyatının son 2 həftəsində İzəbel Derinin onun üçün yazdığı repə qulaq asdıqdan sonra Derinə surpriz edərək onunla evlənir. Anası İzəbeli uzun illər sonra ziyarət edir.
İzıbel son nəfəs verdiyi zaman isə ilk dəfə Derini sevdiyini deyir və həyatını itirir.
Derin atası ilə barışır və məzun olduqdan sonra musiqi karyerasını davam etdirmək üçün Nyu-Yorka köçür. İstinadlar
Kateqoriya:2020-ci ilin filmləri Kateqoriya:Amazon Studios filmləri Kateqoriya:ABŞ-nin melodram filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Torontoda çəkilmiş filmlər Kateqoriya:Pittsburq haqqında filmlər Kateqoriya:2020-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin gənclik dram filmləri Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:İngilis dilində gənclik dram filmləri