Quxuroba — Azərbaycan Respublikasının Qusar rayonunun Quxuroba kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Yaşayış məntəqəsinin yerləşdiyi ərazidə XIX əsrdə Quxur kəndinin obası olmuşdur. XX əsrin əvvəllərində Quxur kəndindən çıxmış ailələr burada daimi yaşayış məntəqəsi salmışlar. Oykonim "Quxur kəndinə məxsus oba" mənasındadır.
Tarixi Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Quxuroba kəndi Sudur kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quxuroba kənd Soveti yaradılmışdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1861 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İdman Kənddə "Şahdağ" futbol klubunun müxtəlif yaş qrupları üzrə bölmələri fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri