Üzdənoba — Azərbaycan Respublikasının Qusar rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası Üzdənoba oyk., mür. Qusar maili düzənliyindədir. Əsli Uzdenobadır. Uzden ləzgi dilində "azad kəndli" deməkdir. Görünür, kəndin əhalisi hansısa münasibətlə vergidən azad edildiyindən oba bu adı almışdır. Uzden komponentini şəxs adı hesab edənlər də var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri