Aleksey Alekseyeviç Birilyov (; ) – Rusiya İmperator Donanmasının admiralı. Rus-yapon müharibəsində Sakit Okean Donanmasının baş komandanı olmuşdur.

Həyatı Aleksey Birilyov 1859-cu ildə Rusiya İmperator Donanmasına qatılmış və iki dəfə dünya səyahətinə çıxmışdır. 1880–1884-cü illərdə bir neçə gəminin komandanı olmuşdur. 1894–1901-ci illərdə ildə Baltika Donanmasının, daha sonra isə Aralıq Dənizi Eskadrasının artilleriya təlim heyətinin komandanı təyin olunmuşdur. 1904-cü ilin fevralında Kronştadt hərbi bazasının heyət başçısı, Kronştadtın hərbi qubernatoru, Baltika Donanmasının heyət başçısı və Baltika dənizi regionunun müdafiə donanmasının direktoru seçilmişdir.

Rus-yapon müharibəsi Birilyov 1905-ci ildə admiral rütbəsinə yüksəlmiş və həmin ilin mayında Vladivostoka göndərilərək Sakit Okean Donanmasının rəsmi komandanı olmuşdur. Burada İkinci Sakit Okean Eskadrasının komandanlığını almaq vəzifəsi də ona tapşırılmışdır. Birilyov qatarla Vladivostoka səyahət edərkən Tsuşima döyüşündəki məğlubiyyətdən xəbər tutmuş və dərhal çara teleqraf göndərərək paytaxta qaytarılmasını tələb etmişdir. Çar onun bu tələbini Vladivostokda Birinci və İkinci Sakit Okean Eskadralarına 2 ay komandanlıq etdikdən sonra qəbul etmişdir.

Birilyov Sankt-Peterburqa qayıtdıqdan sonra 1905-ci ilin iyununda Fyodor Avelanı əvəz edərək donanma naziri olmuşdur. 1907-ci ilin yanvarına qədər bu vəzifədə qalmışdır. O, donanmanı yenidən inşa etməyə çalışsa da, çox uğur qazana bilməmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri