Abrıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun Abrıx kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Abrıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Abrıx kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Keçən əsrə aid materiallara əsasən, Abrıx Tikanlı kəndindən yaranmış yaşayış məntəqəsidir. IX əsr ərəb coğrafiyaşünaslarının yazdığına görə, Beyləqanda (bu şəhərin xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır) Abrik/Abrek adlı qala mövcud olmuşdur. Toponimikada belə bir fərziyyə var ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə ilə əlaqədar olaraq (bəlkə də monqolların XIII əsr basqınları) dağıdıldıqdan sonra əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər. Mənbələr Bizansda da Abrik adlı şəhərin mövcudluğundan xəbər verir. Azərbaycan dilinin dialekt və şivələrində avırıx/avruğ "çay qırağında olan qamışlıq, çubuq" deməkdir. Türk dilində avrık "hörülmüş, sarınmış, bağlanmış" mənalarını ifadə edir. Deməli, Abrıx/Abrik/Abriq qalası "qamışdan hörülmüş qala" kimi izah oluna bilər.

Coğrafiyası və iqlimi Kənd Alazan–Əyriçay çökəkliyində yerləşir.

Əhalisi Kəndin əhalisi 620 nəfər təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Təhsili Kənddə Abrıx kənd tam orta məktəbi fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri