İsrailin on iki qəbiləsi (, ; mənası – "İsrailin qəbilələri") — yəhudi müqəddəs kitablarına görə, Bibliyada adı çəkilən, İsrail kimi də tanınan patriarx Yaqubun nəslinin davamçıları arvadları Ləya və Rəhilədən, kənizləri Bəlhə və Zülfədən olan on iki oğlunun qurduğu, birlikdə İsrail xalqını təşkil edən qəbilələr. Müasir elmdə İsrailin on iki qəbiləsinin tarixən mövcud olub-olmamasına şübhə ilə yanaşılır. Onlara görə, 12 rəqəmindən istifadənin milli yaradılış mifinin bir hissəsi kimi simvolik bir ənənəni ifadə etməsi ehtimalı daha yüksəkdir.
Bu gün yalnız 4 tayfa məlumdur. Yəhuda, Şimeon, Binyamin və Levi. Qalan qəbilələr eramızdan əvvəl VII əsrdə qəbilələri öz torpaqlarından sürgün edən və İsrail Krallığının dağılmasına səbəb olan Aşşur padşahı Sennaxeribin yürüşü zamanı itirdilər. yəhuda Krallığı Yerusəlim ətrafında birləşən dörd qəbilə ilə tək qaldı və onlar Yəhuda Krallığından sonra "Yəhudilər" adını aldılar. Kahinlərin çıxdıqları Levi qəbiləsinin həyat tərzi onların Harunun günlərinə qədər uzanan möhtəşəm bir şəcərə ilə nəticələndi ki, bu günə qədər Levi qəbiləsinin üzvləri Levi qəbiləsinə mənsub olduqlarını bilsinlər, baxmayaraq ki, onlara yəhudi də deyilir. Onların başqa adı var, Levililər.
Bibliyada
Övladlar və qəbilələr İsrail övladları Bibliya patriarxı Yaqubun on iki oğlunun nəslindən gəlirdilər. Yaqubun ən azı bir qızı var idi – Dinə, lakin onun nəslinin davamçıları qəbilə kimi tanınmırdı. Yaqubun oğulları Fəddan-Aramda müxtəlif analardan dünyaya gəlmişdir. Onlar:
Ləyanın oğulları; Rubən (Yaqubun ilk oğlu), Şəmun, Lavi, Yəhuda, Yəsakir və Zəbulun Rəhilənin oğulları; Yusif və Binyamin (Yaqubun sonuncu oğlu) Rəhilənin kənizi Bəlhənin oğulları; Dan və Niftalı Ləyanın kənizi Zülfənin oğulları; Cad və Aşir
"Qanunun təkrarı 27:12–13"də on iki qəbilənin adları hallanır:
Rubən (, Rəʼūḇēn) Şəmun (, Šīməʻōn) Lavi (, Lēwī) Yəhuda (, Yəhūdā) Yəsakir (, Yīssāšḵār) Zəbulun (, Zəḇūlun) Dan (, Dān) Niftalı (, Nap̄tālī) Cad (, Gāḏ) Aşir (, ’Āšēr) Binyamin (, Bīnyāmīn) Yusif (, Yōsēp̄), later split into two "half-tribes": Əfraim (, ’Ep̄rayīm) Mənəssə (, Mənašše)
Bölüşdürülən torpaq "Yuşə 13-19"a əsasən, İsrail torpağı İsrailin on iki qəbiləsinə uyğun olaraq on iki hissəyə bölünmüşdü. Bununla belə, torpaq alan qəbilələr Bibliyadakı qəbilələrdən fərqlənirdi. Lavi qəbiləsinin torpaq mülkiyyəti yox idi, lakin onların idarəsi altında altı sığınacaq şəhəri və Yerusəlim məbədi var idi. Yusif qəbiləsi üçün torpaq sahəsi yox idi, lakin Yusifin iki oğlu Əfraim və Mənəssə atalarının torpaq payını almışdılar.
İslamda Quranda Musanın qövmünün on iki qəbiləyə bölündüyü bildirilir. Əraf surəsinin 160-cı ayəsində yazılmışdır (Əlixan Musayevin tərcüməsi):
İstinadlar
Xarici keçidlər
The Twelve Tribes at The Jewish Encyclopedia The Twelve Tribes of Israel at the Jewish Virtual Library
Kateqoriya:Mədəniyyət_siyahıları Kateqoriya:İsrail padşahlığı (birləşmiş hakimiyyət)