Səlvi Kılıçdaroğlu (; qızlıq soyadı: Gündüz; d. 5 may 1952; Tunceli) — Türkiyə jurnalisti və sabiq CHP sədri Kamal Kılıçdaroğlunun həyat yoldaşı.
Həyatı və fəaliyyəti 5 may 1952-ci ildə Tuncelidə anadan olub. 1974-cü ildə xalası oğlu Kamal Kılıçdaroğlu ilə evlənmişdir. O, orta məktəbə qədər Kamal Kılıçdaroğlunu heç vaxt görməyib. Evliliyi səbəbi ilə təhsil aldığı Ankara Universiteti Politologiya fakültəsini yarıda buraxıb. Cütlüyün bu evlilikdən 3 uşağı olub və uşaqlardan biri 3 aylıq ikən vəfat edib. Həyat yoldaşı Kamal Kılıçdaroğlunun siyasi fəaliyyətinə müsbət yanaşmadığını, amma sevdiyi işi gördüyü üçün ona hörmətlə yanaşdığını bildirmişdir. Səlvi Kılıçdaroğlu 2002-ci ildən etibarən CHP üzvü olsa da, verdiyi reportajlarda aktiv siyasət tərəfdarı olmadığını bildirmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Türkiyə siyasətçilərinin həyat yoldaşları Kateqoriya:Kamal Kılıçdaroğlu