Ceyhun Əbiyev () — Azərbaycanı təmsil edən boksçu.
Karyerası Ceyhun Əbiyevin beynəlxalq turnirlərdə debütü 1996-cı ildə Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında oldu. Turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Ermənistan nümayəndəsi Nşan Munçyana 1:10 hesabı ilə məğlub oldu və mübarizəsini başa vurdu. 2002-ci ildə də Ceyhun Əbiyev Avropa Çempionatında uğursuz çıxış etdi. Rusiyanın Perm şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Ceyhun Əbiyev Rusiya nümayəndəsi Sergey Kazahova məğlub oldu və mübarizəsini başa vurdu.
Ceyhun Əbiyevin Dünya Çempionatlarında debütü 2003-cü ilin iyulunda Tailandda baş tutdu. Turnirin təsnifat mərhələsində Özbəkistan nümayəndəsi Otabəy Mamacanova 32:22, 1/8 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Səlim Səlimova 28:24 hesabları ilə qalib gələn Ceyhun Əbiyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Pakistan nümayəndəsi Kərim Numan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ceyhun Əbiyev rəqibinə 15:20 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2004-cü ildə Ceyhun Əbiyev üçüncü dəfə Avropa Çempionatında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Slovakiya nümayəndəsi Rudolf Didiya 28:24 hesabı ilə qalib gələn Ceyhun Əbiyev 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Pal Bedaya 22:42 hesabı ilə məğlub olaraq Avropa Çempionatında mübarizəsini uğursuz başa vurdu.
Ceyhun Əbiyev Azərbaycanı 2004-cü ilin avqustunda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. 48 Kq. turnirində çıxış edən 30 yaşlı Ceyhun Əbiyev Olimpiya Oyunlarında debüt edirdi. Ceyhun Əbiyev avqustun 18-də olimpiadanın 1/16 final mərhələsində son Avropa Çempionatının bürünc medalçısı Macarıstan nümayəndəsi Pal Beda ilə üz-üzə gəldi. Görüş ərzində rəqibindən tam üstün olan Ceyhun Əbiyev rəqibi üzərində 24:8 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Atagün Yalçınqaya oldu. Avqustun 21-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ceyhun Əbiyev rəqibinə 20:24 hesabı ilə məğlub oldu və Afina Olimpiadasını doqquzuncu pillədə başa vurdu.
Olimpiadadan sonra Ceyhun Əbiyev 2005-ci ilin noyabrında Çində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ceyhun Əbiyev turnirin təsnifat mərhələsində Özbəkistan nümayəndəsi Fazil Feyziyev üzərində qələbə qazansa da (16:10), 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Bircan Cahipova məğlub olaraq (18:32) Dünya Çempionatında mübarizəsini başa vurdu.
2006-cı ildə isə Ceyhun Əbiyev Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Belarus nümayəndəsi Anton Begeşa 40:22, 1/8 final mərhələsində isə Uels nümayəndəsi Mo Nasira 22:18 hesabları ilə qalib gələn Ceyhun Əbiyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ermənistan nümayəndəsi Ovannes Danielyan oldu. Bu görüşdə Ceyhun Əbiyev rəqibinə 20:33 hesabı ilə məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Avropa Çempionatını beşinci pillədə başa vurdu.
Bir il sonra, 2007-ci ildə Ceyhun Əbiyev Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında mübarizə aparsa da, turnirin 1/16 final mərhələsində Ukrayna nümayəndəsi Georgi Çigayeva 22:34 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini uğursuz başa vurdu.
Ceyhun Əbiyev 2008-ci ildə idmanla vidalaşdı. Ceyhun Əbiyev Azərbaycan Milli Məclisinin sabiq deputatı Ağacan Abıyevin qardaşı oğludur.
Nəticələri SıraİlYarışEv sahibiNəticə11996Avropa Çempionatı DanimarkaPAT22002Avropa Çempionatı RusiyaPAT32003Dünya Çempionatı Tailand5.42004Avropa Çempionatı XorvatiyaPAT5Olimpiya Oyunları YunanıstanPAT62005Dünya Çempionatı ÇinPAT72006Avropa Çempionatı Bolqarıstan5.82007Dünya Çempionatı ABŞPAT
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları