Aleksandr Qottlib Baumqarten () — alman filosofu, Leybnits və Volfun davamçısı, "estetika" termininin müəllifi.
Həyatı Berlində Yakob və Rozina Baumqartenin ailəsində anadan olub. Atası ilahiyyatçı və pedaqoq Frankenin köməkçisi idi. Aleksandr Baumqarten ailənin beşinci övladı idi. Qardaşı Ziqmund Yakob tanınmış ilahiyyatçı və kilsə tarixçisi idi. Baumqarten Halledə H.Volfun rəhbərliyi altında fəlsəfə və teologiyanı öyrənmişdir. 1735-ci ildə magistr dərəcəsi aldıqdan sonra Hall Universitetinə müəllim təyin edilmiş və 1738-ci ildə professor olmuşdur. 1740-cı ildən Frankfurt an der Oder Universitetində professor olub və vəfatına qədər burada çalışıb.
Təlimi Baumqarten ontologiyanı “varlıqların ümumi predikatları haqqında elm” (lat. Scientia praedicatorum entis generaliorum) kimi təyin edir. O hesab edirdi ki, ontologiya kosmologiya, psixologiya və təbii teologiya ilə birlikdə metafizikanın tərkib hissəsidir:
Ontologiyaya, kosmologiyaya, psixologiyaya və təbii teologiyaya müraciət edən metafizika (Prolegomena Metaphysicorum, 2)
1735-ci ildə Baumqarten ilk dəfə "estetika" terminini (lat. Aesthetica; qədim yunan dilindən aisthetikos - hisslə qavranılan) təqdim etdi, onunla gözəlliyi dərk edən və yaradan və hissiyyatlı biliyin fəlsəfi elmini (lat. scientia cognitionis sensitivae) təyin etdi. "Həssaslıq" anlayışına Baumqarten təkcə hissləri deyil, həm də duyğuları, yaddaşı, intuisiyanı, ağıl, təxəyyülü də daxil etmişdir. O, kamilliyi və ya gözəlliyi üç əsas ünsürün uyğunluğunda görürdü: məzmun, nizam və ifadə. Buna görə, estetika Baumqarten tərəfindən üç hissəyə bölündü:
Evristika - "şeylər və düşüncə obyektləri" doktrinası Metodologiya - bədii əsərin təşkili doktrinası Semiotika - estetik əlamətlərin öyrənilməsi.
İstinadlar Kateqoriya:Almaniya filosofları Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:İncəsənət filosofları