BMT Təhlükəsizlik Şurasının 1259 saylı qətnaməsi — 1999-cu il avqustun 11-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 4033-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. Sənəddə Təhlükəsizlik Şurasının 808 (1993), 827 (1993), 936 (1994), 955 (1994) və 1047 (1996) saylı qətnamələrinə xatırlatma edilmişdir. Qətnaməyə əsasən Şura Karla Del Ponteni Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı və Ruanda Beynəlxalq Cinayət Tribunalının prokuroru təyin etmişdir.

Təhlükəsizlik Şurası 15 sentyabr 1999-cu ildən prokuror Luiza Arburun səlahiyyətlərinə xitam veriləcəyini qeyd etmiş və isveçrəli prokuror Karla Del Pontenin səlahiyyət müddətinin həmin tarixdən başlanacağına qərar vermişdi.

Həmçinin bax Ruanda soyqırımı Bosniya soyqırımı Yuqoslaviya müharibələri

İstinadlar

Kateqoriya:BMT Təhlükəsizlik Şurasının Yuqoslaviya müharibələrinə aid qətnamələri Kateqoriya:1999-cu il BMT Təhlükəsizlik Şurasının qətnamələri