Amerikalı Psixopat () — 2000-ci il ABŞ istehsalı satirik psixoloji qorxu filmi. Meri Herronun rejissorluğu ilə çəkilmiş filmin ssenari müəllifi Qvinever Törnerdir. Film Bret İston Ellisin yazdığı eyniadlı kitab əsasında çəkilib. Nyu-Yorkda investisiya bankında işləyən, bir tərəfdən seriyalı qatil kimi gizli həyat sürən Patrik Beytman (Kristian Beyl) adlı şəxsin həyatından bəhs edilir.

Ellis onun mübahisəli romanının qrafik məzmununa görə filmə adaptasiyasının qeyri-mümkün olduğunu zənn edirdi. Prodüser Edvard R. Pressman bunu etməkdə qərarlı idi və 1992-ci ildə filmin hüquqlarını satın aldı. Stüart Qordon, Devid Kronenberq və Rob Veys də daxil olmaqla bir neçə rejissor, Meri Harron və Qvinever Törner filmi yazmağa başlamazdan əvvəl layihəyə rəhbərlik etməyi düşünürdülər. Onlar romanda olduğu kimi 1980-ci illərdə bir film seti yaratmağı hədəflədilər. Əsas çəkilişlər 1999-cu ilin fevralında Toronto və Nyu-Yorkda başladı.

"Amerikalı psixopat" filminin premyerası 21 yanvar 2000-ci ildə Sandens Film Festivalında baş tutdu və aprelin 14-də ABŞ-də kinoteatrlarda nümayiş olundu. Film Beylin performansına və ssenarisinə görə yüksək qiymətləndirilərək müsbət rəylər aldı. Filmin büdcəsi 7 milyon dollar olsa da, cəmi 34 milyon dollardan çox gəlir əldə etdi ki, bu da kassada məyusluq kimi qiymətləndirildi. Son illərdə Beytmenin şəxsiyyəti "siqma" adını qazandı, film xüsusən də mem mədəniyyətində yenidən populyarlıq əldə etdi, həmçinin geniş pərəstişkar kütləsi yığmağı bacardı. Bu maraq daha çox 2020-ci illərdə TikTok-da başladı.

Davam filmi Morqan C.Frimanın rejissorluğu ilə çəkilən və Mila Kunisin baş rolda oynadığı, birbaşa video formatında yayımlanan davam filmi "Amerikalı Psixopat 2" 2002-ci ildə buraxılıb. Davam filminin orijinal filmlə yeganə əlaqəsi fləşbek səhnəsində qısa şəkildə göstərilən Patrik Beytmanın ölümüdür (obrazı üz maskası taxan Maykl Kremko canlandırmışdır). Bret İston Ellis tərəfindən tənqidlə qarşılanmışdır. 2005-ci ildə Kunis filmlə bağlı utanc hissi yaşadığını bildirmiş və davam filminin çəkilməsi ideyasına qarşı çıxmışdır.

Aktyor heyəti

Kristian Beyl — Patrik BeytmenChristian Bale. İstifadə tarixi: 16 iyul 2026. Castin Teru — Timoti BrucJustin Theroux. İstifadə tarixi: 16 iyul 2026. Cared Leto — Paul AllenJared Leto. İstifadə tarixi: 16 iyul 2026. Villem Defo — Donald KimballWillem Dafoe. İstifadə tarixi: 16 iyul 2026. Krista Sutton — SabrinaKrista Sutton. İstifadə tarixi: 16 iyul 2026. Katerina Bleyk — VandenCatherine Black. İstifadə tarixi: 16 iyul 2026.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sleşer filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:ABŞ-nin zorlama haqqında filmləri Kateqoriya:2000-ci ilin ABŞ filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Pis qəhrəmanların yer aldığı əsərlər Kateqoriya:ABŞ-nin cinayət-qorxu filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin qorxu triller filmləri Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:İngiliscə qara yumor filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:İngiliscə komediya triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Lionsgate filmləri Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:ABŞ-nin qorxu romanlarına əsaslanan filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İş adamları haqqında filmlər Kateqoriya:Kannibalizm haqqında filmlər Kateqoriya:İngilis dilində qorxu triller filmləri Kateqoriya:Yuxarı təbəqə haqqında filmlər Kateqoriya:Psixi xəstəliklər haqqında filmlər Kateqoriya:ABŞ-nin komediya triller filmləri Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər Kateqoriya:İspanca filmlər