Laos dövləti — Hind-Çin yarımadasında tarixi dövlət. Yaponiya imperiyası tərəfindən işğal edilmiş Fransanın Laos protektoratının ərazisində yaradılmışdır. 1945-ci ilin aprelindən oktyabr ayına qədər mövcud olmuşdur.
Luanqphabanq kralı Sisavang Vonq 1945-ci ilin aprelində yaponlar tərəfindən Laosun müstəqilliyini elan etməyə məcbur edilmişdir, lakin 15 avqustda Yaponiya təslim olmuş və Sisavanq Vonq ölkəni bir daha Fransa protektoratı statusuna qaytarmaq arzusunda olduğunu bildirmişdir.
1945-ci ilin oktyabrında ölkənin müstəqilliyini elan edən və Laosda respublika idarəetmə formasını quran Lao İssarahərəkatı Sisavanq Vonqu hakimiyyətdən uzaqlaşdırmışdır.
İstinadlar
Kateqoriya:Laos tarixi Kateqoriya:1945-ci ildə yarananlar Kateqoriya:1945-ci ildə ləğv olunanlar Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Krallıqlar Kateqoriya:Tarixi krallıqlar Kateqoriya:1945-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:İkinci Dünya müharibəsində işğal olunmuş ərazilər