Niyazi Nəcəfqulu oğlu Nəcəfov () — Azərbaycan-sovet təhlükəsizlik və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Əzizbəyov Rayon Komitəsinin birinci katibi (1971–1991).
Həyatı Niyazi Nəcəfqulu oğlu Nəcəfov 23 fevral 1922-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin ümumi şöbəsində başlamışdır. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, lakin Böyük Vətən müharibəsi başlananda təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə getmişdir.
Niyazi Nəcəfov 1943-cü ildən 1971-ci ilədək Azərbaycan SSR dövlət təhlükəsizliyi orqanlarında işləmiş, Göyçay, Lənkəran rayon, Sumqayıt şəhər şöbələrinin rəisi, sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin məsul işçisi, aparatın partiya komitəsinin katibi olmuşdur. 1971-ci ildən həyatının sonunadək Azərbaycan KP Əzizbəyov Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Niyazi Nəcəfov 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 8–12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, eləcə də Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü olmuşdur. "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri və 14 medalla təltif edilmişdir.
Niyazi Nəcəfov 12 iyul 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Əzizbəyov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri