() — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, Vyetnam Respublikasının prezidenti və baş naziri.
Həyatı İki dəfə Sayqonun meri seçilmişdir. 1960-cı ildə Nqo Din Zyemin prezidentliyi dövründə dövlət başçısını tənqid edən Karavel Manifestini imzaladığına görə həbs olunmuşdur. Bununla belə, o, prezident Nqonun öldürülməsi nəticəsində çevrilişin iştirakçılarını da tənqid edərək, bunu həyata keçirən generalların heç bir istedadı, mənəvi keyfiyyətləri və siyasi dəstəyi olmadığını qeyd etmişdir.Mitchell K. Hall: The Vietnam War. 2. Auflage. Pearson Longman, Harlow u. a. 2007, ISBN 978-1-4058-2470-5, Kapitel „Chronology“, S. XVI.Mark Moyar: Triumph Forsaken. The Vietnam War, 1954–1965. Cambridge University Press, Cambridge u. a. 2006, ISBN 0-521-86911-0, S. 333.
1965-ci ildə ABŞ-nin təzyiqi ilə prezident Nquyen Khan Ali Milli Şuranı çağırmış, burada Hıonq Vyetnam Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilmişdir. Bu zaman Sayqon və Vaşinqton Şimali Vyetnama qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırırdılar, lakin bu, cənubda sabitlik tələb edirdi. 1965-ci ilin yanvarında hökumət hərbi xidmətə çağırış müddətini uzatmış və bu, tələbələr və buddistlər arasında kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə hökumət könüllü olaraq istefa vermiş və hakimiyyəti Fan Hui Kuatın başçılıq etdiyi kabinetə vermişdir. O, 1967-ci il prezident seçkilərində 10% səs toplamışdır.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Cənubi Vyetnam siyasətçiləri Kateqoriya:Cənubi Vyetnam baş nazirləri Kateqoriya:Cənubi Vyetnamın vitse-prezidentləri Kateqoriya:Vyetnam antikommunistləri