Asif Yusif oğlu Şirəliyev, 13 may 1981-ci ildə Bakı şəhərində anadan olub.
Fəaliyyəti 1991-ci ildən Yunan-Roma güləşilə məşğul olmağa başlayıb. İdman ustasıdır. 1988-ci ildə Xətai rayon 194 saylı tam orta məktəbin ibtidai sinfinə başlamışdır. 1995-ci ildən orta təhsilini Respublika Olimpiya idman liseyində davam etdirib. 1998-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tək mübarizə (TA) fakültəsinə daxil olub, 2005-ci ildə bitirib.
1999–2001-ci illərdə həqiqi hərbi xidmətdə olub.
8 iyul 2007-ci ildən beynəlxalq dərəcəli hakim olaraq fəaliyyət göstərməyə başlayıb.
Asif Şirəliyev hazırda Super (I-S) kateqoriyalı hakim statusuna malikdir. Beynəlxalq turnirlər, dünya və Avropa çempionatlarında, o cümlədən 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi oyunları, 2019-cu il Belarusun paytaxtı Minsk şəhərində keçirilən 2-ci Avropa Oyunları, 2020-ci il Yaponiyanın paytaxtı Tokioda keçirilən 32-ci Yay Olimpiya oyunları,2024-cü il Fransanın paytaxtı Parisdə keçirilən 33-cü Yay Olimpiya oyunlarında ədalət təmsilçisi olub.
Dəfələrlə Gənclər və İdman nazirliyi tərəfindən "İlin ən yaxşı hakimi" mükafatı adına layiq görülüb.
2007–2020-ci illərdə "Paşa Holding İnşaat Servis" MMC-nin təhlükəsizlik departamentində security supervayzer vəzifəsində çalışıb. 26.01.2021-ci ildən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. 05.01.2026-cı ildən Azərbaycan Güləş Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsin icra edir.Hazırda ikinci ali təhsil alır. UNEC menecment fakültəsi 5-cü kurs tələbəsi(2026).
Mükafatları Milli Olimpiya Komitəsi — "Ədalət prinsiplərinə sadiq hakim", 2014-cü il.
Gənclər və İdman Nazirliyi- "İlin idman yekunları İlin ən yaxşı hakimi", 2015-ci il.
İlin idman sorğusuna əsasən — "İlin ən yaxşı hakimi", 2016-cı il.
Zəfər Beynəlxalq mükafatı — "İlin idman hakimi", 2018-ci il
Gənclər və İdman Nazirliyi — "İlin ən yaxşı hakimi",2019-cu il
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalət Oyunları Komissiyası- "Ədalətli oyun prinsiplərinə sadiq hakim",2021-ci il
Gənclər və İdman Nazirliyi — "İlin ən yaxşı hakimi",2023-cü il
Gənclər və İdman Nazirliyi — "ilin ən yaxşı hakimi",2024-cü il
İstinadlar