Məhrə sultanlığı, sonrakı illərdə Qişn və Sokotra Məhrə dövləti (, ) və ya bəzən Gəyda və Sokotra Məhrə sultanlığı (, ) — tarixi Məhrə vilayətini və indiki Yəmənin şərqindəki Sokotranın Quardafuy kanalı adasını əhatə edən sultanlıq. Tarixinin çox hissəsini Bəni Əfrar sülaləsi idarə etmişdir.

1886-cı ildə sultanlıq Britaniya protektoratına çevrilmiş və daha sonra Ədən protektoratına qoşulmuşdur. Sultanlıq 1967-ci ildə Cənubi Yəmən Xalq Respublikasının qurulması ilə ləğv edilmiş və hazırda Yəmən Respublikasının bir hissəsidir.Paul Dresch. A History of Modern Yemen. Cambridge, UK: Cambridge University Press, 2000

1967-ci ildə Britaniyanın Ərəbistanı tərk etməsi ilə Ədəndə yerləşən Cənubi Yəmən hökuməti Məhrə vilayətini bölərək Əl-Məhrə mühafəzəsini yaratmışdır. Sokotra 2004-cü ilə qədər Ədən mühafəzəsi tərəfindən idarə edilmiş və Hadramaut mühafəzəsinin tabeliyinə verilmişdir.

İstinadlar

Xarici keçidlər Mahra State flag Postage stamps Map of Arabia (1905-1923) including the states of Aden Protectorate

Kateqoriya:Yəmən tarixi Kateqoriya:Yaxın Şərqdə tarixi dövlətlər Kateqoriya:Sultanlıqlar Kateqoriya:XVI əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Keçmiş müstəmləkələr