Şineyd O'Konnor (), (digər adı - Shuhada' Sadaqat); ) — İrlandiya müğənnisi.
Həyatı Şineyd O'Konnor 8 dekabr 1966-cı ildə İrlandiyada doğulub. Ailədə beş uşaqdan üçüncüsü idi. 18 yaşındaykən anasını avtomobil qəzası nəticəsində itirir. Şineyd dörd dəfə evlənib və boşanıb. Onun dörd övladı var idi. 2017-ci ildə O'Konnor qanuni adını Maqda Davittə dəyişdirərək, müsahibəsində bunu "patriarxal qul adlardan azad olmaq" üçün etmişdir. İslamı qəbul edərkən, 2018-ci ilin oktyabrında o, Şühəda adını qəbul edir və bir müddət sonra soyadını Davittdən Sədaqətə dəyişir. 2022-ci ildə, müğənninin 17 yaşlı oğlu Şeyn intihar edir. 26 iyul 2023-cü ildə O'Konnor Cənubi Londondakı mənzilində reaksiyasız vəziyyətdə tapılır və daha sonra onun öldüyü təsdiqlənir.
Karyerası Karyerası boyunca O'Konnor on studiya albomu buraxıb. Amma əsl məşhurluğu ona 1990-cı ildə çıxan "I Do Not Want What I Haven't Got" adlı albomda yer alan və Prins tərəfindən yazılan "Nothing Compares 2 U" mahnısı gətirir. 1990-cı ilin dekabrında mahnı ilin "Nömrə 1" hiti olaraq Billbord Musiqi Mükafatı alır.
Albomlar The Lion and the Cobra (1987) I Do Not Want What I Haven't Got (1990) Am I Not Your Girl? (1992) Universal Mother (1994) Faith and Courage (2000) Sean-Nós Nua (2002) Throw Down Your Arms (2005) Theology (2007) How About I Be Me (and You Be You)? (2012) I'm Not Bossy, I'm the Boss (2014)
İstinadlar
Kateqoriya:İrlandiya musiqisi Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Alternativ rok müğənniləri Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Qadın gitaraçılar Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Feminist musiqiçilər