Abşeron VK – Azərbaycanın Bakı şəhərini təmsil edən qadın voleybol klubu. Azərbaycan Superliqasında çıxış edir.
Tarixi Abşeron Qadın Voleybol Klubunun əsası 2017-ci ildə qoyulmuşdur və həmin ildə də o, Azərbaycan Superliqasına qatılmışdır. Klub 2017/18 mövsümündə 2-ci yeri, 2018/19 mövsümündə 3-cü yeri tutmuşdur. Abşeron VK 2021/22 mövsümündə ilk 9 turun bütün oyunlarında qalib gələrək çempionatın başa çatmasına 3 tur qalmış ilk dəfə Superliqanın çempionu olmuşdur.
Uğurları 20px Azərbaycan Super Liqası: 16px Qalib (1): 2021–22 16px İkincilik (1): 2017–18 16px Üçüncülük (1): 2018–19
İstinadlar
Xarici keçidlər Volleybox profili
Kateqoriya:Azərbaycan voleybol klubları Kateqoriya:2017-ci ildə Azərbaycanda yarananlar