Ceyran Əliyeva — Azərbaycan milli voleybol komandası və Bakının "Azəryol" klubunda libero kimi çıxış edən azərbaycanlı voleybolçu.

Bioqrafiya 1995-ci il yanvar ayının 3-də Bakı şəhərində anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır.

Klub karyerası 2013 – 2014 – Azərreyl 2014-cü ildən - "Azəryol"

Azərbaycan milli komandası 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.

Turnirlər № Turnir 2010 Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2010 2012 Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2012 2013 Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2013 2014 2014 Voleybol üzrə qadınlararası Dünya Çempionatı 2014 Qadın Voleybol Avroliqası 2014 2015 Qadınlar arasında voleybol üzrə Avropa çempionatı 2015

Həmçinin bax Azərbaycan qadın milli voleybol komandası

İstinadlar

Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:Azəryol Bakı QVK voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar