Həyatımın Nəşəsi () — "Goya Entertainment" şirkəti tərəfindən çəkilən, ilk seriyasının 7 iyul 2023-cü ildə yayımlandığı, Şahin Altuğun rejissorluğunu etdiyi və Ekin Ataların ssenarisini yazdığı komediya janrındakı Türkiyə teleserialıdır. Baş rolları Şəbnəm Bozoklu və Tolqa Təkin oynamaqdadır.
Məzmun Hadisələr Şənbakkal ailəsinin xanımı, 17 illik evlilik həyatını sürdürən və 2 uşaq anası olan Nəşənin bir vaxtlar oxuduğu və ailə qurduğu üçün son kursunda yarımçıq qoyduğu tibb fakültəsinə geri qayıtması ilə başlayır. Bir çox hadisələr də elə Nəşənin bu həqiqəti onun bu fikrinə qarşı çıxan Mustafaya deməli olduğu bir zamanda cərəyan edir.
Aktyor heyəti və obrazlar Şəbnəm Bozoklu — Nəşə
Tolqa Təkin — Mustafa
Mətin Coşqun — Mehmet
Uğur Demirpehlivan — Saliha
Aras Şenol — Sərdar
Gizəm Kala — Aylin
Ezgi Tombul — Türkan
Sürəyya Güzel — Sevda
Nisan Dökmeci — Zeynep
Said Ege Yıldırım — Emre
Özlem Ünaldı Baza — Səma
Səlma Günəri — Rüçhan
İstinadlar
Xarici keçidlər TRT 1-in rəsmi saytında "Həyatımın Nəşəsi".
Kateqoriya:Əlifba sırasına görə teleseriallar Kateqoriya:İstanbulda çəkilən seriallar Kateqoriya:Türkiyənin komediya teleserialları