Ankhe () — Vyetnamın Zyalay vilayətində şəhər, birinci dərəcəli inzibati bölgü. Əhalisi 63,118 nəfərdir.

Sahildəki Kuinyon və Mərkəzi dağlıqdakı Pleyku arasında mühüm QL-19 magistral yolu üzərində yerləşən Ankhe Vyetnam müharibəsi zamanı strateji əhəmiyyətə malik idi.

Tarixi 1965-ci ilin avqustunda ABŞ-nin 1-ci süvari diviziyası Ankhe yaxınlığında Kemp Redkliff bazasını qurmuşdu. Həmin ilin sentyabrında şəhərdən 30 km aralıda Annin döyüşü baş vermişdi. Kemp Redkliff 1970-ci ilin sonuna qədər ABŞ ordusunun müxtəlif bölmələri tərəfindən istifadə edilmiş, sonra Vyetnam Respublikası Silahlı Qüvvələrinə təhvil verilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Vyetnam şəhərləri