Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s..
Tarix
Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir. Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır.Koerper and Whitney-Desautels; Astragalus bones, Artifacts or Ecofacts?, http://www.pcas.org/vol35n23/3523koerper.pdf
Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu. Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə. 3100 dövrünə aid heroqlif mənbələrində var.Piccaione, Peter A. In Search of the Meaning of Senet
Təsnifat
Masaüstü oyunlar ümumi formalarına və ya işlənilər alətlərinə görə təsnif oluna bilər:
KateqoriyaNümunələri Lövhə oyunları səyyahət lövhə oyunları, oyun kitabı, nərd, şahmat, alman üslubu lövhə oyunları, qo, reversi Kart oyunları pasyans, kolleksiya kart oyunları, hanafuda, Taro kart oyunları, poker Zər oyunları bunko, krəps, zərli poker, sik bo Kağız və karandaş oyunları Dəniz döyüşü, qomoku, nöqtələr və kvadratlar, asmaca, cücərti, sudoku Rol masaüstü oyunu Zindanlar və əjdahalar, Pathfinder Roleplaying Game Strategiya oyunları hərbi oyunlar, siyasi simulyasiya, miniatür oyunlar Daş oyunları 15 oyunu, anaqram, domino, macon
Masaüstü oyunlar həmçinin deterministik və ya stoxastik olur. Deterministik (və ya abstrakt strategiya) oyunlarıda, oyunun nəticəsi oyuncuların hərəkətləridən aslıdır. Stoxastik oyunlarıda isə oyun nəticcəsi qismən təsadüfdən aslıdır. Bundan əlavə, oyunlar nəzəriyyəsinə görə, oyunlarda məlumat tam şəkildə və ya nisbətən verilə bilər. Tam məlumatlı oyunlarda oyunçuların oyunun ilk addımıdan bəri keçmişdə baş verən bütün hərəkərləri haqqında məlumatı olur (məsələn, bütün oyunçuların əvvəldən başlayaraq hansı kartları var).Archived at Ghostarchive and the Wayback Machine: Perfect information defined at 0:25, with academic sources and .
Tam məlumatlı Məlumat tam şəkildə verilmir Deterministik Şahmat Şogi Çin şahmatı Dama Qo Qomoku Heks Mankala Reversi Nöqtələr və kvadratlar Fatbol Abalon Bric Stoxastik Nərd Monopoliya Craps Rulet Parçisi Poker Blekcek Skrəbbl Risk Macon
İstinadlar
Kateqoriya:Stolüstü oyunlar