Kambocada vətəndaş müharibəsi (, UNGEGN: ) — 1967–1975-ci illərdə Kambocada baş vermiş hərbi-siyasi münaqişə. İlkin mərhələlərdə bu, kommunist partizanları (Şimali Vyetnam və Vyetkonqun nin fəal köməyi ilə) və dövlət başçısı Norodom Sianuk rejimi arasında cərəyan edirdi. Lon Nol çevrilişindən və 1970-ci ildə amerikapərəst respublikaçı rejimin qurulmasından sonra münaqişə ABŞ və Cənubi Vyetnam tərəfindən dəstəklənən ölkə hökuməti ilə Şimali Vyetnam tərəfindən dəstəklənən Kampuçiya Milli Birləşmiş Cəbhəsi arasında davam etmişdi. Burada partiya strukturları və yerli kommunistlərin silahlı birləşmələri mühüm rol oynamışdır. Müharibənin nəticəsi mərkəzi hökumətin süqutu və Kamboca cəmiyyətinin maoçu konsepsiyalar əsasında köklü şəkildə yenidən qurulması kursunu elan edən qırmızı khmerlərin hakimiyyətə gəlməsi olmuşdu. Kambocada vətəndaş müharibəsi Laos və Cənubi Vyetnamdakı döyüşlərlə yanaşı, İkinci Hind-Çin müharibəsinin bir hissəsi hesab olunur.

İstinadlar

Əlavə ədəbiyyat

Sutsakhan, Lt. Gen. Sak, The Khmer Republic at War and the Final Collapse. Washington DC: United States Army Center of Military History, 1987.

Kinnard, Douglas, The War Managers. Wayne NJ: Avery Publishing Group, 1988.

Pike Douglas, John Prados, James W. Gibson, Shelby Stanton, Col. Rod Paschall, John , and Benjamin F. Schemmer, War in the Shadows. Boston: Boston Publishing Company, 1991. Ponchaud, Francois, Cambodia: Year Zero. New York: Holt, Rinehart, and Winston, 1981.

Xarici keçidlər U.S. and Vietnamese Involvement in Cambodian Civil War from the Dean Peter Krogh Foreign Affairs Digital Archives

Kateqoriya:1960-cı illərdə Kamboca Kateqoriya:1970-ci illərdə Kamboca Kateqoriya:Kambocanın hərb tarixi Kateqoriya:Kambocanın müharibələri Kateqoriya:Vyetnamın müharibələri Kateqoriya:Vyetnam müharibəsi Kateqoriya:Asiya ölkələrinin və xalqlarının vətəndaş müharibələri