Karen Margrete Hækkerup () — 4 aprel 1914-cü ildə Aalborqda anadan olmuşdur və 5 noyabr 1995-ci ildə Herritslevdə vəfat etmişdir. O, 1964–1966-cı illər və 1970–1981-ci illər arasındaFolketinqin Danimarka Sosial Demokrat Partiyasıdan üzvü olunmuşdur. O, ilk dəfə Sakskobinq seçki dairəsində və 1971-ci ildən Maribo seçki dairəsindən seçilmişdir.

1934-cü ildə Horsens Dövlət Məktəbinin tələbəsi olmuşdur. Təhsilini siyasi elmlər üzrə almışdır.

1958–1962-ci illər arasında Sosial Demokrat Partiyasının Səyahət işləri üzrə katibi və 1962–1963-cü illərdə həmin partiyada qadınların katibi vəzifəsilərini icra etmişdir.

Thorsten Borring Olesen xanım Hækkerupun partiyada bərabərlik məsələsində əhəmiyyətli yer tutduğunu düşünürdü. Lakin Ritt Bjerregaard bu məsələdə Olesenlə eyni fikirdə deyildi.

1954–1963-cü illər arasında Lillerod Parish Şurasının üzvü olmuşdur.

1971-ci ildə xanım Grete Hækkerup Folketinqin birinci vitse-spikeri seçildi. Və 1978-ci ildə onun Folketinqin ilk qadın spikeri olması üçün fürsət yaransa da, lakin Sosial Demokratlar onun yerinə KB Anderseni bu vəzifəyə seçdilər.

5 aprel 1939-cu ildə siyasətçi Per Hækkerup ilə nikahda daxil oldu. Bu evlilikdən üç oğlu oldu. Onlardan ikisi Klaus Hækkerup və Hans Hækkerup valideynləri kimi siyasi fəaliyyətə başladılar.

İstinadlar