Kristian Luyindama Nekadio (8 yanvar 1994, Kinşasa, Zair) — Konqo Demokratik Respublikasından olan peşəkar futbolçu, mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

Karyerası

2019-cu ilin yanvar ayında Türkiyənin Galatasaray klubuna icarə əsasında transfer olunmuş, həmin ilin iyul ayında klub onun transfer hüquqlarını alaraq müqaviləni daimi etmişdir. Galatasaray ilə 2018–19 mövsümündə Türkiyə Super Liqasının, Türkiyə Kubokunun və 2019-cu ildə Türkiyə Superkubokunun qalibi olmuşdur. 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanının Al Taawoun klubuna, 2022–2023 mövsümündə isə Türkiyənin Antalyaspor klubuna icarə əsasında transfer olunmuşdur. 2024-cü ilin yanvar ayında Galatasaray klubu ilə müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilmişdir.

Beynəlxalq karyera Luyindama Konqo Demokratik Respublikasının milli futbol komandasında 2017-ci ildən çıxış edir. O, milli komandada 23 oyun keçirmişdir.

İstinadlar

Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Konqo Demokratik Respublikası futbolçuları Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Antalyaspor futbolçuları