Quyudərə Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Quyudərə Xəştab kəndi dağətəyi ərazidədir. Oykonim quyu, dərə və kürd mənşəli xəştab (səkkiz bulaq) sözlərinin birləşməsindən yaranmışdır. Türk dillərində quyu ham da “dib”, “atak”, “aşagi” mənalarında işlənir. Bütovlükdə oykonim “dərənin dibindəki sakkiz bulaq” mənasındadır. Keçmişdə burada Xəştab adlı iki kənd vardı. Fərqləndirilməsi üçün biri Sarılıxəştab (Sarılı kəndinin yaxınlığındaki Xəştab), digəri isə Quyudərəxəştab (Quyudərə adlı yerdəki Xəştab) adlanmışdır.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri