Damla Çakıroğlu () — Damla 2018-ci ildə dünyasını dəyişən Türk Telekom komandasının keçmiş məşqçisi Merih Çakıroğlunun qızıdır. O, həmçinin Türkiyə 20 yaşadək qızlardan ibarət milli voleybol komandasının kapitanı olub.

TVF Gözəl Sənətlər və İdman Liseyini (Türkiyə Voleybol Federasiyası Gözəl Sənətlər və İdman Liseyi) bitirdikdən sonra 2011–2012 mövsümündə İBA TED Ankara Kolleci komandasına transfer olunub və Qadın Voleybol üzrə Türkiyə 1-ci Liqasında oynamağa başladı. O, 2015-ci ilin yayında Eczacıbaşı Vitraya, 2017-ci ilin yayında isə Fənərbaxçaya transfer olunub.2019-cu ildə aldığı zədədən sonra 2021-ci ildə aktiv voleybol həyatına son qoyub.

Şəxsi həyat Damla Çakıroğlu 10 sentyabr 2021-ci ildə idmançı (professional basketbolçu) olan Melih Mahmutoğlu ilə evləndi.

Nailiyyətləri

Fərdi 2011 Avropa Gənclər Olimpiya Oyunları — 2011 FIVB Qızlar arasında Gənclər Dünya Çempionatı — 2012 Gənc qızlar arasında voleybol üzrə Avropa çempionatı — 2015 Qadınların Avropa Voleybol Liqası –

Milli komanda 2011 FIVB Qızlar arasında Gənclər Dünya Çempionatı — Ən Dəyərli Oyunçu]] 2012 Qızlar arasında Voleybol üzrə Avropa Çempionatı — Ən Dəyərli Oyunçu

İstinadlar

Kateqoriya:Əczacıbaşı QVK voleybolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1994-cü ildə doğulanlar Kateqoriya:Türkiyənin qadın voleybolçuları