Manvel Vasili Yeqiazaryan () — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.
Həyatı 9 aprel 1960-cı ildə Nemətabad kəndində anadan olub.
1989-cu ildə "Arabo" könüllülər dəstəsini yaradıb. 1989–1994-cü illərdə Yeğeqnadzor, Qafan, Basarkeçər və Azərbaycanda Şaumyankənd, Buzluq, Erkəc, Manaşid, Çaykənd, Xocalı, Malıbəyli, Ağdərə, Karmiravan, Marağa, Mağavuz, Talış, Laçın dəhlizi, Şuşa, Kəlbəcər (Ömər aşırımı) döyüşlərində iştirak etmişdir.
Ermənistan Ali Sovetinin deputatı idi.
Təltifləri Ermənistan Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni, Qondarma Dağlıq Qarabağ Respublikasının 2-ci dərəcəli "Döyüş xaçı" ordeni və "Artsax igidlərinə analıq təşəkkürü" xatirə medalı ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları