Levon Mnatsakanyan (; ) — Ermənistan siyasətçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı, Qondarma DQR-nin keçmiş Müdafiə naziri, İkinci Qarabağ müharibəsi iştirakçısı.
29 sentyabr 2023-cü ildə Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən saxlanılmışdır.
Həyatı Levon Mnatsakanyan 1965-ci ildə Xankəndi şəhərində erməni ailəsində anadan olmuşdur. Mnatsakanyan hərbi xidmətə 1983-cü ildə Sovet Ordusuna qoşulmuş, Belorusiya Hərbi Dairəsində xidmət etmişdir. 1989-cu ildə Karl Marks adına Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Sovet İttifaqının dağılmasından sonra Ermənistanda ordu quruculuğunda rol oynamış, Qondarma DQR Müdafiə Ordusunda və Ermənistan Silahlı Qüvvələrində artilleriya bölmələrində xidmət etmişdir. O, 2005-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir. Həmin ilin sonunda Qarabağa qayıdıb müdafiə ordusu komandirinin müavini olmuşdur.
Levon Mnatsakanyan 2015-ci ildə prezident Bako Saakyan tərəfindən müdafiə naziri təyin edilmişdir. 2018-ci ilin dekabrında vəzifəsindən azad edilmişdir. O, daha sonra Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktoru vəzifəsinə təyin edilmişdir. O, 2019-cu ilin iyununda vəzifəsindən azad edilmiş və Qondarma DQR polisinin rəisi təyin olunmuşdur. Hazırda evlidir və üç oğlu var.
2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibənin sonuna yaxın, Şuşa döyüşü zamanı Mnatsakanyan yaxınlıqdakı Şuşakənddə yerləşdirilmiş erməni qoşunlarına komandanlıq etmişdir.
29 sentyabr 2023-cü ildə Arşavir Qaramyan ilə birlikdə Qarabağdan Ermənistana gedərkən Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılmışdır.
2026-cı ilin fevralında qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Mükafatlar İki dəfə "Döyüş xaçı" ordeni "Müqəddəs Vardan Mamikonyan" ordeni "Vətənə xidmətə görə" medalları "Marşal Baqramyan" medalı "Andranik Ozanyan" medalı "Admiral İsakov" medalı
İstinadlar
Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Erməni məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda ömürlük həbs edilmişlər