Anna Konkl ( ) — amerikalı aktrisa, yazıçı və rejissor. O, Maya Erskin ilə birlikdə yaratdığı "PEN15" serialı ilə tanınır. Bu işinə görə 2019-cu ildə "Praymtaym Emmi" mükafatına namizəd göstərilib.
Həyatı Anna Konkl 7 aprel 1987-ci ildə Vermont ştatında yerləşən Rendolf şəhərində doğulub. O, 1994-cü ildə valideynləri ilə birlikdə Massaçusetsin Scituate şəhərinə köçüb. O, gənc yaşında ikən valideynləri boşanıb.
Anna Nyu-York Universitetinin nəzdində yaradılmış Tiş İncəsənət Məktəbinə daxil olub. Burada o, musiqili teatr üzrə təhsil alıb. Sonuncu kursda oxuyarkən Universitetin təşkil etdiyi təhsil proqramı çərçivəsində Amsterdama yollanıb. Burada o, digər tələbə Maya Erskin ilə dostlaşıb. İkisi sonralar "PEN15" serialını yaradıblar.
Filmoqrafiyası İl Ad Rol Qeydlər 2013 Betas Enid 2 epizod 2014 New Girl Judy Epizod: "Landline" 2015 Man Seeking Woman Kayla Epizod: "Gavel"2015–2016 Maron Shay 4 epizod 2015–2017 Rosewood Tara "TMI" Milly Izikoff 44 Epizod 2017 Home: Adventures with Tip & Oh Slushious (voice) 2 epizod 2017 Utanmaz Tenant Epizod: "Where's My Meth" 2019 Ramy Chloe Epizod: "Between the Toes" 2019–2021 PEN15 Anna Kone 24-25 epizod; yaradıcı, ssenarist və icraçı prodüser 2019 Plus One Jenna 2019 Baskets Anita 3 epizod 2020 Robot Chicken (səsləndirmə) Epizod: "Gracie Purgatory in: That's How You Get Hemorrhoids" Big Mouth Cafeteria Girl Izzy (səsləndirmə) Epizod: "Cafeteria Girls." 2021 Together Together Shayleen Feature film 2022 The Drop Lex Feature film 2023 The Afterparty Hannah Minnows Season 2
İstinadlar
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları