Ester Hayut (; ) — İsrail Ali Məhkəməsinin baş hakimidir . O, 2017-ci ilin oktyabr ayının 26-da vəzifəyə gəlib və 2023-cü ilin oktyabrına qədər bu vəzifədə qalacağı gözlənilir.
Ester "Esti" Avni İsrailin Herzliya şəhərində, Rumıniyalı Holokostdan sağ çıxan Yehuda və Yehudit Avninin ailəsində anadan olub. Valideynləri gənc olanda boşanıblar və atası Böyük Britaniyaya mühacirət edib. 17 yaşında o, yenidən evlənmiş anası ilə yaşamaq üçün Eylat şəhərinə köçmüşdür. 1971-ci ildə Eylatda orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra İsrail Müdafiə Qüvvələrinə qoşulub. Ordudan ayrıldıqdan sonra Hayut Təl-Əviv Universitetində hüquq fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. Hüquq təhsili zamanı o, əri olacaq David Hayutla tanış oldu. Hayut İsrailin keçmiş ədliyyə naziri Haim Yosef Zadokun hüquq bürosunda təcrübə keçib və 1977–1985-ci illərdə vəkilin köməkçisi kimi işləməyə davam edib. Bürodan ayrıldıqdan sonra Hayut, əri ilə ticarətdə ixtisaslaşmış müstəqil ofis açıb.
1990-cı ilin mart ayında O, Təl-Əviv Sülh Məhkəməsinin hakimi təyin edilmişdir, daha sonra isə Təl-Əviv rayon Məhkəməsinə təyin edildi. 2003-cü ilin mart ayında İsrail Ali Məhkəməsinin üzvü təyin edilib.
2015-ci ilin may ayında, Hayut, 20-ci Knesset Mərkəzi Seçki Komitəsinin sədri təyin edilib.
Hayut 2017-ci ildə Miriam Naorun yerinə İsrail Ali Məhkəməsinin sədri təyin edilib və 2023-cü ilə qədər bu vəzifədə olacağı gözlənilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İsrail şəxsləri Kateqoriya:İsrail hakimləri