Huşartsan — erməni soyqırımı qurbanlarına həsr olunmuş ilk memorial olan mərmər abidə. Bu, 1919-cu ildə Osmanlı imperiyasının İstanbul şəhərində, Taksim meydanı yaxınlığında, qismən indiki Gəzi parkı ərazisində ucalmışdır. Abidə keçmiş Panqaltı erməni qəbiristanlığının ərazisində yerləşirdi. 1922-ci ildə Türk Milli Hərəkatı zamanı abidə sökülmüş və sonradan naməlum şəraitdə itmişdir.
Tarixi İlk anım mərasimindən sonra soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılması planları həyata keçirilmişdir. Layihəni həyata keçirmək üçün komissiya yaradılmışdır. Nəhayət, abidə 1919-cu ildə Panqaltı erməni qəbiristanlığının ərazisində ucaldılmışdır. Daha sonra 1930-cu illərdə Türkiyə hökuməti tərəfindən sökülərək müsadirə edilən qəbiristanlıq İstanbulun Taksim meydanı yaxınlığında, indiki Gəzi parkında yerləşirdi. Abidə erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ilk memorial olmuşdur.
1922-ci ildə Türk Milli Hərəkatının dirçəlməsi zamanı abidə sökülmüş və sonradan naməlum şəraitdə itmişdir. Tarixçi Gevork Pamuqcıyanın sözlərinə görə, abidənin əsası sonuncu dəfə "Hərbiyyə" kazarmasının (hazırda İstanbul Hərb Muzeyi) bağçalarında görülmüşdür.
Mirası Bildirilir ki, abidənin təsviri erməni yazıçısı və naşiri Teotiqin 1919-cu ildə yazdığı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kitabının üz qabığında yer almışdır.
Gəzi parkı etirazları zamanı müxtəlif fəallar abidənin yenidən qurulmasını tələb etmişdilər. "Dur De" adlı qeyri-hökumət təşkilatının aparıcı üzvü Çingiz Alqan abidənin yenidən tikilməsinə dəstəyini bildirmişdir.
İstinadlar
Xarici keçidlər
Full online edition of Teotig's Hushartsan April Tasnemegi (in Armenian) Kateqoriya:1919-cu ildə yarananlar Kateqoriya:1922-ci ildə ləğv olunanlar Kateqoriya:İstanbul abidələri Kateqoriya:Erməni soyqırımı Kateqoriya:Mərmər heykəllər