Daria Timoşenko 1 avqust 1980-ci ildə anadan olmuşdur. O, Rusiya əsilli keçmiş fiqurlu konkisürəndir və müxtəlif vaxtlarda Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmişdir. O, 1999-cu ildə Rusiyada keçirilən yeniyetmələrarası ölkə çempionatının qalibi olmuşdur. Timoşenko 2000-ci ilə qədər Rusiyanı təmsil edib, daha sonra beynəlxalq arenalarda Azərbaycanı təmsil etməyə başlayıb. Onun məşqçisi İqor Rusakov 2003-cü ilin iyulunda xərçəng xəstəliyindən vəfat edəndə o, Marina Selitskaya tərəfindən yarışlara hazrılaşdırılırdı.

İstinadlar

Kateqoriya:1980-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Rusiya fiqurlu konkisürənləri Kateqoriya:Azərbaycan fiqurlu konkisürənləri Kateqoriya:Rusiyanın beynəlxalq dərəcəli idman ustaları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər