Murad Süleymanov () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Murad Süleymanov birinci uğuruna 2014-cü ilin iyununda Polşada gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib olmaqla imza atdı. Həmin il Murad Süleymanov həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Bir il sonra, 2015-ci ildə Murad Süleymanov İstanbul şəhərində gənclər arasında Avropa Çempionatında bu səfər bürünc medala sahib oldu.

2016-cı ildə Murad Süleymanov martda Bolqarıstanda U23 Avropa Çempionatını gümüş medalla başa vurdu, iyunda isə Rumıniyada gənclər arasında Avropa Çempionatının qalibi oldu. Həmin ilin noyabrında Murad Süleymanov həm də Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.

Murad Süleymanov 2017-ci ilin mayında Serbiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Debüt Avropa Çempionatında Murad Süleymanov final gedən yolda bütün rəqibləri üzərində qələbə qazansa da həlledici görüşdə Türkiyə nümayəndəsi Soner Demirtaşa məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. 2018-ci il ərzində Murad Süleymanov İstanbul şəhərində U23 Avropa Çempionatının və Buxarest şəhərində U23 Dünya Çempionatının bürünc medallarına sahib oldu. Həmin il Murad Süleymanov həm də Yaşar Doğu beynəlxalq turnirini gümüş, Əhməd Kadırov beynəlxalq turnirini isə bürünc medallarla başa vurdu.

2019-cu ildə Rumıniyada baş tutan Avropa Çempionatını beşinci pillədə başa vuran Murad Süleymanov həmin il idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12014Gənclərin Avropa Çempionatı Polşa2.2Gənclərin Dünya Çempionatı Xorvatiya8.32015U23 Avropa Çempionatı Polşa8.4Gənclərin Avropa Çempionatı Türkiyə3.5Gənclərin Dünya Çempionatı Braziliya14.6Qızıl Qran-Pri Azərbaycan10.72016A. Medved Turniri Belarus14.8U23 Avropa Çempionatı Bolqarıstan2.9Gənclərin Avropa Çempionatı Rumıniya1.10Gənclərin Dünya Çempionatı Fransa5.11Qızıl Qran-Pri Azərbaycan3.122017Avropa Çempionatı Serbiya2.132018U23 Avropa Çempionatı Türkiyə3.14Yaşar Doğu Turniri Türkiyə2.15U23 Dünya Çempionatı Rumıniya3.16Komandalararası Əhməd Kadırov Turniri Rusiya3.172019Avropa Çempionatı Rumıniya5.18Yaşar Doğu Turniri Türkiyə12.19U23 Dünya Çempionatı Macarıstan8.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri