Ras Əl-Xayma (, tarixən Culfar) — Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma Əmirliyinin ən böyük şəhəri və paytaxtı. Dubay, Əbu-Dabi, Şarja, Əl-Ayn və Əcməndən sonra BƏƏ-nin altıncı ən böyük şəhəridir. Şəhər bir dərə ilə iki hissəyə bölünür: qərbdə köhnə şəhər və şərqdə Əl-Nəxil.

Etimologiya Ras Əl-Xayma adı "çadırın burnu" deməkdir. Şəhər adını naviqasiyanı asanlaşdırmaq üçün buraya bir çadır qurulduqdan sonra aldığı bildirilir.

İstinadlar

Kateqoriya:Ras Əl-Xayma Əmirliyi Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri şəhərləri