Atəşdən köynək () — Türkiyə yazıçısı Xalidə Ədib Adıvarın romanı, Türkiyədə baş verən müstəqillik uğrunda mübarizə illərinə həsr olunan ilk roman. Yazılış tarixçəsi thumb|"Atəşdən köynək" filminin afişası, 1932-ci il Yazıçı romanın ön sözündə əsərin adını ideya olaraq, Yaqub Qədri Qaraosmanoğludan götürdüyünü etiraf edərək özündən asılı olmayaraq, hər dəfə Anadoluya baxdıqda ruhunda-canında məhz “atəşdən köynək” hiss etdiyini vurğulayır: “Mənim “Atəşdən köynəyi”mi zaman söndürüb bir kənara atmasa, türk romanları arasında iki “Atəşdən köynək” olacaq. Bəlkə də, əlli il sonra kitabxana rəflərində yan-yana qoyulan bu iki kitab Hans Andersonun nağılları kimi dilə gəlib bir-birlərinə keçmiş günlərdən danışacaqlar”. Xalidə Ədib Yaqub Qədriyə yazdığı məktubda da bu məsələyə toxunaraq, bu metoforik ifadəyə görə ona həm minnətdarlığını bildirmiş, həm də əfv diləmişdir.
Həmçinin bax
Xalidə Ədib Adıvar Yaqub Qədri Qaraosmanoğlu
İstinadlar
Kateqoriya:Türk ədəbiyyatı Xarici keçidlər
Kateqoriya:Romanlar