PinkPantheress (əsl adı: Viktoriya Beverli Volker; ) — Britaniya musiqiçisi. Yaradıcılığında musiqi nümunələrindən (sempllər) istifadə edir, mətnlərini gündəlik qeydlər üslubunda yazır.

V. Volker Birləşmiş Krallıqda Kent ərazisində tərbiyə alıb. 2021-ci ildə uiversitetdə təhsil aldığı müddətdə musiqiçi kimi fəaliyyətə başlayıb. "GarageBand" vasitəsilə hazırladığı musiqi nümunələrini "SoundCloud" və "TikTok" platformalarında yerləşdirib. İstifadəçilər arasında rəğbətlə qarşılanan kompozisiyalarından "Break It Off" () diqqət çəkib. Nəticədə "Parlophone" və "Elektra Records" şirkətləri ilə əməkdaşlıq müqaviləsi əldə edib. "To Hell with It" () adlı ilk miksteypi 2021-ci ildə yayımlanıb. "Just for Me" () və "Pain" () sinqlları Britaniya musiqi çartında 40-cı pillədə qərarlaşıb. BBC-nin "Sound of 2022" müsabiqəsində qalib gəlib. "Boy's a Liar" () kompozisiyası 2022-ci ildə Birləşmiş Krallıq üzrə ikinci yeri tutub.

V. Volker 2023-cü ildə "Heaven Knows" () adlı ilk studiya albomunu buraxıb. Albomdan "Nice to Meet You" () mahnısı Britaniya hit-paradında ilk 20-liyə daxil olub. Ice Spice ilə birgə hazırladığı "Boy's a Liar Pt. 2" (2022-ci il "Boy's a Liar" mahnısının yeni versiyası) "Billboard Hot 100" hit-paradında 3-cü yerə yüksəlib. Albom təqdimatından sonra "Capable of Love" () konsert proqramını təşkil edib. 2025-ci ildə "Fancy That" () adlı ikinci miksteyp albomunu təqdim edib. Albomdan "Tonight" və "Illegal" kompozisiyaları Britaniya hit-paradında ilk 40-lıqda yer alıb.

V. Volker "Billboard Women in Music" və "Brit" mükafatlarına nominant olub. Onun fonoqramları müxtəlif janrlara aid edilir. 1990–2000-ci illər musiqilərinin fraqmentlərini istifadə edərək qısa həcmli kompozisiyalar yaradır. Alt-pop, bedrum pop, dram və beys () və tustep-qeric () üslublarında işləyir.

Erkən həyatı və təhsili Viktoriya Beverli Volker 2001-ci il aprelin 19-da Bat şəhərində (İngiltərə) doğulub. Anası Kisumu şəhərindən olan luo kenyalı, atası ingilis statistika professorudur. Böyük qardaşı səs mühəndisidir. Şahmatçı Syuzan Laliklə qohumdur. Beşyaşlı ikən ailəsi Batdan Kenterberiyə köçüb. 2013-cü ildə atası Texas Universitetində işləməyə gedib, özü və anası Britaniyada qalıblar.

V. Volker uşaq vaxtı piano məşğələlərinə gedib. 12 yaşında məktəbin şagird konsertində Ben E. Kinqin "Stand by Me" mahnısını ifa edib. 14 yaşında rok ansamblının vokalçısı olub. Ansambl "My Chemical Romance", "Paramore" və "Green Day" qruplarının repertuarından mahnılar ifa edib və ilk çıxışını məktəb tədbirində həyata keçirib.

London İncəsənət Universitetinin kinematoqrafiya fakültəsində təhsil alıb, lakin 2022-ci ildə təhsilini dayandırıb.

Şəxsi həyatı V. Volker erkən yaşlarından bədən dismorfik pozuntusundan əziyyət çəkir. Yüksək səsli musiqi və mikrofon əks-sədasının təsiri nəticəsində eşitmə qabiliyyəti tədricən zəifləyib. 2022-ci ildə sağ qulağında 80% eşitmə itkisi qeydə alınıb və səsləri "bas tezlikdə" eşitdiyini bildirib. Onun musiqi sahəsindəki, xüsusən mahnıların müddəti və albomların tam dinlənilməməsi barədə mövqeyi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 2025-ci il iyulun 22-də Kent Universiteti ona fəxri musiqi doktoru adı verib.

Diskoqrafiya Studiya albomları Heaven Knows (2023)

Miksteyplər To Hell with It (2021)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Parlophone artistləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Kar bəstəkarlar