Mərzəndiyə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Mərzəndiyə kənd inzibati ərazi dairəsində kənd. Kənd Sabir bələdiyyəsinə aiddir.
Toponimikası XIX əsr mənbələrində Bakı quberniyasının Şamaxı qəzasının Qobustan sahəsi Çuxanlı icmasına daxil olan Mərzəndigə kəndi (63 ailə, 427 nəfər) qeyd edilmişdir. Bu köçəri elatın uzun müddət cənubi–şərqi Şirvan düzündə İran adlı dağın ətəyindən qış otlağı kimi istifadə etməsi məlumdur. Mərəzəli elatından çıxması ehtimal olunan ailələr yerləşdiyi yerə uyğun adlanmışlar.N.Bəndəliyev. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, s.159.
Tarixi 27 iyun 2003-cü il tarixli 493-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şamaxı rayonunun Mərzəndiyə kəndi Sabir qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mərzəndiyə kənd inzibati ərazi vahidi yaradılmışdır.
Coğrafiyası və iqlimi Kənd Pirsaat çayının sol tərəfində, Acıdərə yaylasında yerləşir.
Əhalisi Kənd əhalisi 1093 nəfərdir ki, onun da 545 nəfəri kişi, 548 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı Kənddə 169 təsərrüfat var.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şamaxı rayonunun kəndləri