Cəbəl Amil () — 1920-ci ildə müasir Livanın yaradılmasından əvvəl Livanın cənubundakı dağlıq bölgənin tarixi adı. Adı 6-cı əsrdə Marib bəndinin dağıdılmasından sonra Yəməndən Livana köçən Amil bin Səbaanın adından gəlir.
Haqqında Cəbəl Əməl Livanın cənubunda bir bölgədir. Bu bölgə keçmişdə Suriyanın on iki imamçı bölgəsi kimi çox əhəmiyyətli olub.
Cağrafiyası Cəbəl Amil Cənubi Livanın sahil və dağlıq ərazilərini əhatə edir. Cəbəl Amilin sərhədləri dəqiq məlum deyil. Bu ərazi təxminən şimaldan Sidonun şimalında Əvəli çayına (köhnə adı: Faradis), cənubdan Nəhariyyə şəhərinin şimalında Qarn çayına (köhnə adı: Əbu Fətras və ya Nəhr Fitrə) qədərdir. Şərqdən Fələstinlə, Hovla gölünə (Kiçik İordaniya kimi tanınır) və Hasbia çayına qədər və qərbdən Aralıq dənizi ilə həmsərhəddir.
Məşhurları
Mühəqqiq Kərəki Həsən Canini Şeyx Bəhai Həsən Kamil Səbbah Həsən Nəsrullah Şərəfuddin Amili
Həmçinin bax
Livan Beyrut Bəəlbək Cizzin
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şiəlik Kateqoriya:Livanda şiəlik