Uilyam Hovard Stayn (ing. William Howard Stein; ) – Amerika biokimyaçısı. ABŞ Milli Elmlər Akademiyasının (1960il)Стайн, Уильям Говард на сайте Национальной академии наук США (англ.) və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü.
Bioqrafiyası Harvard Universitetini (1933il) bitirmiş və Kolumbiya Universitetinin Tibb və Cərrahlar Kollecində (1938il) PhD dərəcəsi almışdır. 1938-ci ildən Rokfeller Universitetində (Nyu-York) işləyir, 1955-ci ildən isə biokimya professorudur. 1968–1971-ci illərdə Biological Chemistry jurnalının redaktoru olub.
Əsas işləri Uilyam Hovard Staynın əsas işləri zülalların və fermentlərin analitik kimyası üzrə olmuşdur. O, ilk dəfə olaraq (başqaları ilə birlikdə) ribonukleaza fermentinin ilkin strukturunu təyin edərək, ion mübadilə xromatoqrafiyası əsasında amin turşularının kəmiyyət üsulunu işləyib hazırlamış, fermentlərin aktiv mərkəzlərinin strukturunu tədqiq etmişdir.
Nobel mükafatı Kimya üzrə Nobel mükafatını 1972-ci ildə Stanford Mur və Kristian Anfinsen ilə birgə "Ribonukleaza molekulunun aktiv mərkəzinin katalitik təsiri və kimyəvi strukturu arasındakı əlaqənin aydınlaşmasındakı xidmətlərinə görə" almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:XX əsr bioloqları