Tənqidi düşüncə və ya tənqidi təfəkkür — rasional, skeptik və qərəzsiz təhlil və qiymətləndirmənin tətbiqi ilə mühakimə yürütmək üçün mövcud faktların, sübutların, müşahidələrin və arqumentlərin təhlili. Tənqidi düşüncənin tətbiqi zehnin özünü idarə etmə, özünə intizam, özünə nəzarət və özünü islah etmə vərdişlərini əhatə edir. Beləliklə, tənqidi düşünən, tənqidi düşünmə bacarıqlarını tətbiq edən və ya onun fənləri üzrə təlim keçmiş və təhsil almış şəxsdir.Piergiovanni, P. R., Creating a Critical Thinker, College Teaching, Vol. 62, No. 3 (July-September 2014), pp. 86-93, accessed 26 January 2023 Riçard V. Pol demişdir ki, tənqidi düşünən insanın zehni onun intellektual qabiliyyətləri və şəxsiyyət xüsusiyyətləri ilə məşğul olur.Open University, Succeeding in postgraduate study: 2.1 The philosophical approach , accessed 26 January 2023 Tənqidi düşüncə ciddi mükəmməllik standartlarına razılıq verməyi və onlardan effektiv ünsiyyətdə və problemlərin həllində istifadəsinin şüurlu şəkildə mənimsənilməsini, eqosentrizm və sosiosentrizmi dəf etmək öhdəliyini nəzərdə tutur.
Tarixi thumb| Qərbdə tənqidi mülahizə yunan filosofu Sokratın (e.ə. 470–399) təlimlərindən qaynaqlanır. Qədim Yunanıstanın klassik dövründə (e.ə. V–IV əsrlər) filosof Platon (e.ə. 428–347) Sokratın (e.ə. 470–399) təlimlərinin tənqidi düşüncənin ən erkən qeydləri olduğunu bildirmişdir. Platonun ilk dialoqunda filosof Sokrat bir neçə natiqlə Sokratın həbsdən qaçmasının doğru və ya yanlış olması ilə bağlı etik məsələni müzakirə etmişdir. Düşündükdən sonra Platon belə nəticəyə gəlmişdir ki, həbsxanadan qaçmaq özündən böyük olduğuna inandığı hər şeyi – Afina qanunlarını və Sokratın eşitdiyini iddia etdiyi rəhbər səsini pozacaq.
Sokrat avroritetin və nüfuzlu şəxslərin biliyə, nəticədə dərrakəyə malik olmalarının etibarsızlığını müəyyən etmişdir. Fərdi kişi və ya qadının yaşamağa dəyər olan yaxşı bir həyat sürməsi üçün həmin şəxs tənqidi suallar verməli və sorğu-sual ruhuna malik olmalıdır. Onlar sübut axtarmalı və sonra mövcud faktları yaxından araşdırmalı, sonra təhlil edilən ifadənin nəticələrini izləməli, bununla da düşüncə və hərəkətin nəticələrini izləməlidirlər.
Kooperativ arqumentasiyanın bir forması olaraq Sokratik sorğulama faktların müqayisəli mühakiməsini tələb edir. Nəticədə cavablar insanın irrasional düşüncəsini və yoxlanıla bilən biliyin olmadığını üzə çıxaracaq. Sokrat həmçinin nümayiş etdirmişdi ki, avtoritet dəqiq, yoxlanıla bilən biliyi təmin etmir. Beləliklə, Sokratik sorğulama dəlillərə və sağlam məntiqə əsaslanaraq inancları, fərziyyələri və ehtimalları təhlil edir.
İntellektualizmin bir növü kimi tənqidi düşüncənin inkişafı mövzunun tənqidini inkişaf etdirmək üçün rasionallığı tətbiq edən tənqidi təhlil vasitəsidir.
Həmçinin bax
Maarifçilik dövrü Arqument Tənqidi nəzəriyyə Dialektika Dezinformasiya Azadfikirlilik Vicdan azadlığı İndoktrinasiya Məntiq İdrak fəlsəfəsi Təhsil fəlsəfəsi
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Critical Thinking: What Is It Good for? (In Fact, What Is It?) by Howard Gabennesch, Skeptical Inquirer magazine. Glossary of Critical Thinking Terms Critical Thinking Web
Kateqoriya:Fəzilət Kateqoriya:Təfəkkür Kateqoriya:Sosial anlayışlar Kateqoriya:Skeptisizm Kateqoriya:Dəyərləndirmə Kateqoriya:Analiz Kateqoriya:Mühakimə Kateqoriya:Empirizm Kateqoriya:Ritorika Kateqoriya:Metafizika nəzəriyyələri Kateqoriya:Ontologiya Kateqoriya:İdeyalar tarixi Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi