Bostonun mühasirəsi ( ) — ABŞ İstiqlal müharibəsinin ilkin mərhələsi olan Boston kampaniyası zamanı Corc Vaşinqtonun komandanlığı altında sonradan Kontinental Ordunun bir hissəsi olan Yeni İngiltərə milislərinin Bostonu blokadaya alıb ələ keçirməsi. Patriotlar 19 aprel 1775-ci ildə mühasirəyə başlamış, 11 aydan sonra britaniyalıları geri çəkilməyə və Yeni Şotlandiyaya üzməyə məcbur etmişdir.

Britaniya komandiri Vilyam Hau artıq şəhəri saxlaya bilməyəcəyini anlayaraq 17 mart 1776-cı ildə Halifaks şəhərinə geri çəkilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:ABŞ İstiqlal müharibəsi Kateqoriya:ABŞ-nin döyüşləri Kateqoriya:Birləşmiş Krallığın döyüşləri