Gülzar İbrahimova (tam adı:İbrahimova Gülzar İsaxan qızı) — Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

Həyatı

1982-ci ildə Kürdəmir şəhər 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1980-1986-cı illərdə müxtəlif olimpiadalarda (Odessa, Almaata) orta məktəb şagirdləri (fizika, riyaziyyat) və universitet tələbələrin arasında uğur qazanmış, 1982-1987-ci illərdə Tələbə Elmi Cəmiyyətinin sədri və fakültə elmi şurasının üzvü olmuşdur. 2003-cü ildə “Ag-Ga-S (Se, Te) sistemlərində faza tarazlıqları, gümüşün xalkoqallatlarının və xalkotallatlarının termodinamik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən Qadın Problemləri üzrə Dövlət Komitəsi (indiki AQUPDK) ilə əməkdaşlıq edir və qadın məsələləri üzrə elmi araşdırmalar aparmışdır. 2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisə seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsindən namizəd kimi iştirak etmişdir. 2011 -ci ildə 23.00.02. - «Siyasi institutlar, etnosiyasi konfliktologiya, millii və siyasi proseslər» ixtisası üzrə «XIX-XX əsrlərdə Azərbaycanda qadın syasəti» doktorluq dissertasiyası BDU-nun Beynəlxalq münasibətlər fakültəsində yaradılmış birdəfəlik Şurada müdaiə edilmişdir.İlk dəfə olaraq Heydər Əliyevin qadın məsələlərinə münasibətini və Mehriban Əliyevanın coxşaxəli əməlı fəaliyyətini elmi tədqiqata cəlb etmişdir. Müəllif aparılan tədqiqatın nəticələrinə aid “Heydər Əliyev və Azərbaycan Qadını” adlı 17 ç.v. həcmində (Bakı:Adiloğlu, 2007) və “Azərbaycan Qadını:Tarix və Gerçəklik” adlı 31,25 ç.v. həcmində (Bakı: Elm, 2009) 2 monoqrafyanın, “Beynəlxalq münasibətlərin proqnozlaşdırılması” adlı dərsliyin (İstanbul: İksad, 2019), 1 kitabın redaktoru və 1 kitabın tərtibcisi olmaqla yanaşı beynəlxalq münasibətlərə və siyasətə aid 18 tədris-metodik işlərin, fənn proqramlarının və 170-dən çox elmi məqalə və tezisin müəllifidir. Elmi fəaliyyəti Tədqiqat sahəsi Azərbaycanda qadın siyasəti, milli təhlükəsizlik problemləri və erməni araşdırmaları, din və ictimai təhlükəsizlik, Beynəxalq münasibətlərin proqnozlaşdırılması, beynəlxalq aləmdə mövcud vəziyyət - Yaxın Şərqdə, Ukraynada baş verən hadisələr, ABŞ və İran arasındakı qeyri- stabil münasibətlər, Türkiyənin türkdilli dövlətlərlə münasibətləri, İranın nüvə proqramı, Azərbaycan-Avropa enerji təhlükəsizliyi, Cənubi Qafqazda əsassız erməni iddialarının və s. bu kimi məsələlərlə bağlı dövlət siyasətinin müxtəlif istiqamətləri ilə əlaqəli araşdırmaları əhatə edir.

Elmi və ekspert vəzifələri Müxtəlif vaxtlarda AMEA İHİ-nun nəzdində fəaliyyət göstərən müvəqqəti Dissertasiya Şurasınını üzvü və şuranın keçirilməsi üçün təşkil olunan elmi seminarın sədri, Bakı Avrasiya Universitetində Metodiki Şuranın sədri, Böyük Elmi Şuranın sədr müavini olmuşdur, AAK-da ekspert şurasının üzvüdür.

2014- cü ildə dosent, 2016- cı ildə professor elmi adı almışdır. “Beynəlxalq münasibətlərin proqnozlaşdırılması”, “Milli Təhlükəsizlik”, “Dünya siyasəti”, “İxtisas ölkəsinin siyasi sistemi və xarici siyasəti”, “İxtisas ölkəsinin mədəniyyəti və incəsənəti” “Beynəlxalq situasiyaların analizi və təhlili”, “Lobbilçilik və beynəlxalq siyasətdə maraq qrupları”, “Siyasi proqnozlaşdırma”, “Konfliktologiya” kursları üzrə mühazirələr tədris edir.

Türkiyənin Cumhuriyyətinin təhsil və dövlətçilik marağına yüksək səviyyədə xidmət etmək və məhsuldar akademik və elmi əməkdaşlıq üçün 29.08. 2017- 29.08. 2019-ci illərdə Niğde Ömər Halisdəmir Universiteti İqtisadi İdari Elmlər Fakültəsinin “Beynəlxalq Əlaqələr və Siyasət” kafedrasında professor vəzifəsində çalışmış, Rusiya Avrasiya Qafqaz çalışmaları, Enerji hüququ, beynəlxalq ekoloji siyasət, Türk xarici siyasəti kimi fənləri tədris etmiş, TC-nin müxtəlif universitetlərinə dəvət alaraq mühazirələr demişdir.

2021-ci ildən AR Prezidenti yanında Ali Attestaiya Komissiyasında siyasət bölməsində ekspert şurasının üzvüdür.

Eləcə də:

Sivilizasiya jurnalında baş redaktorun müavini; Social Science Development Journal jurnalında redaktor; Jounal of institution of economıc development and sosial research - jurnal nəşr heyəti; Atlas Ulusal Sosyal Bilimler jurnalının nəşr heyəti; Journal Of Social, Humanities and Administrative Sciences jurnalının nəşr heyəti; Social Mentality and Researcher Thinkers Journal (Smartjournal) jurnalının nəşr heyəti; Journal Of Academic Social Resources (Asrjournal) jurnalının nəşr heyəti; Культура Мира jurnalının redaksiya heyəti; Этносоциум jurnalının redaksiya heyəti; Uluslararası Türk Dünyası Araştırmaları jurnalının hakim, elm və danışma heyəti; Uluslararası Medeniyet Çalışmaları Dergisinde hakim, elmi heyətdə fəaliyyət göstərməkdə; Həmçinin hər il davamlı keçirilən: Beynəlxalq Türk Dünyası Araşdırmaları Sempoziumu, Beynəlxalq Sosial Elmlər Araşdırmaları Konqresi və Beynəlxalq Uygulamalı Elmlər Konqresində təşkilatı və elmi heyətdə yer almaqdadır.

Müxtəlif institutlar tərəfindən dəstəklənən tədqiqat layihələrində iştirakı 1. 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının maliyyə və təşkilati dəstəyi ilə elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə beynəlxalq xarakterli

2. “ŞUŞA QRANTI” müsabiqәsində “Sovet dövründə Azərbaycanın ərazi problemləri və erməni iddiaları” adlı layihəsi qalib elan edilmişdir. Layihənin yerinə yetrilməsi ilə bağlı Türkiyə Cumhuriyyəti İstanbul şəhəri Osmanlı Başbakanlıq arxivi, Türkiyə Cumhuriyyəti Ankara Başbakanlıq Arxivi; Ankara Mərkəzi kitabxanası; Hacəttəpə Universiteti; İstanbul Univer¬siteti, Rusiya Fedaerasiyası Siyasi Sənədlər Arxivi, Rusiya Fedaerasiyası Milli Tarix arxivi, Gürcüstan Milli Dövlət arxivində elmi ezamiyyələrdə olmuş və həmçinin Azərbayacan Respublikasi Prezidenti Yanında Siyasi Sənədlər Arxivi və MAİ-də araşdırmalar aparmışdır.2.“Cultural World” международный образовательный проект. Москва, 2014, Этносоциум

3. “Ermeni işgalinden kurtarılan Karabağ ve Doğu Zengazur ekonomik bölgelerinde Azerbaycanlıların ve Ermenilerin birlikte yaşama meselesi” İKSAD-ın 2021-ci ildə keçirdiyi sosial layihələdə qalib olub.

Rəhbərlik etdiyi dissertasiyalar Ölkədə və xaricdə 5 magistr, 16 fəlsəfə üzrə fəlsəfə doktoruna rəhbərlik etmiş və etməkdədir.

Verdiyi konfrans və ya seminarlar

1.Международные отношения и принятие политических решений. 2012. Москва.Этосоциум и межнациональная культура. 2. Sülh insan hüquqlarının müdafiəsinin təminatıdır. 2014. Bakı Dövlət Universiteti. 3. Atatürkün Azərbaycan siyasəti. Azərbaycanda Atatürk mərkəzi. 2015. Bakı. 4. Hüquqi dövlət, vətəndaş cəmiyyəti və demokratiya. Bakı Avrasiya Universiteti; Azərbaycanda Atatürk mərkəzi. 2016. Bakı

İnzibati vəzifələri

Müxtəlif vaxtlarda AMEA İnsan Hüquqları Elmi Tədqiqat İnstitutunda:Milli Təhlükəsizlik və Erməni Araşdırmaları, Din və İctimai təhlükəsizlik, Siyasi Analitika şöbələrində müdir; Bakü Avrasiya Universitetində: Elmi işlər üzrə prorektor, Tədris və elmi işlər üzrə, Elm və tərbiyə işləri üzrə prorektor; TC Niğde Ömər Halisdəmir Universiteti, İqtisadi İdari Elmlər Fakültəsi, Beynəlxalq əlaqələr və siyasət kafedrası, professor. Hal-hazırda Bakı Avrasiya Universitetində Elmi işlər üzrə prorektordur.

Təltiflər 1.Millətlərarası mədəniyyət və beynəlxalq münasibətlərə verdiyi töhfələrə görə Eko­lo­­giya və Hüquq Akademiyasının akademiki, PMK və OMO Fondunun prezidenti C. B.Çapkin tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

2. “Atatürk və Azərbaycan siyasəti” mövzusunda silsilə seminarlara görə Azərbaycanda Atatürk Məzəzi tərəfindən Fəxri Diplomla təltif edilmişdir.

3. 2021-ci ildə “Türk Dunyasının Bilim Ödülü” ilə təltif edilmişdir.

4. İştirak etdiyi çoxsaylı beynəlxalq konfranslarda mükafat və sertifikatlarla təltif olunmuşdur.

Üzvü olduğu təşkilatlar Gender və insan hüququ araşdırma birliyi Vətəndaş cəmiyyəti naminə maarifləndirmə ictimai birliyi UNESKO İnternational Fotum of Teashers (İFT)

Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru s.e.d., prof. Gülzar İsaxan qızı İbrahimovanın çap olunmuş elmi və tədris metodiki işlərin  siyahısı № İşin adı İşin

növü Çıxış göstəriciləri  (nəşriyyat, jurnal və s.) İşin həcmi Həmmüəlliflər 1.  Термодинамическое исследование системы Ag-Tl-Se Məqalə В кн.: Физико-хим. анализ и неорган.

Материаловед. Тез.докл. респ.конф.

Баку: 1995   стр.11 Бабанлы М.Б.,

Джафаров Я.И.,

Шихиев Ю.М. 2.  Термодинамические свойства хальковисмути­дов и халькоталлатов серебра Məqalə В кн.: Материалы научно-техн. Конференций в области неорган. и физич.

химии, посвященной 60-летию инст-та.

Баку: 1995 с. 126  Бабанлы

М.Б., Шихиев Ю.М.,

Я.И.Джафаров 3.  Поверхность ликвидуса системы Ag-Pb-S Məqalə В кн.: II респ. конфер. «Физико-химич.

Анализ и неорган. материаловедение.

Сб. статей. Баку: БГУ, 1996 с.3-7 Бабанлы М.Б.,

Юсибов Ю.А. 4.  Термодинамическое исследование системы Ag-Te-Te методом ЭДС с твердым элоктролитом Məqalə Gənc alimlərin respublika konfransı, Bakı,1996 s.145147 5.  Поверхность ликвидуса системы Ag-Pb-Se Məqalə В кн.: III респ. конф. «Физико-хим. анализ и неорган. материаловедение».

Баку: БГУ, 1997 с.3-7 Бабанлы М.Б.,

Юсибов Ю.А., Шихиев Ю.М 6.  Диаграмма       состояния системы Ag2Se-AgGaSe2Tezis анализ и неорган. материаловедение». Сб. статей. Баку: 1999 с.262 Бабанлы М.Б.7.  Термодинамическое исследование трехкомпонентных халькогенидов серебра и таллия методом ЭДС Tezis В кн.: БГУ, материалы научн. конфер. Баку: Изд БГУ, 1999  с.111 Бабанлы М.Б.,

Ю.А.Юсибов,

Ю.М.Шихиев. 8.  Взаимодействие              соединений

AgGaSe2 и Ag9GaSe6 с селеном Məqalə В кн.: VI Респ. научн. конфер. «Физ.хим. анализ и неорган. материаловед.» Баку: БГУ, 2000  с. 56-60 Бабанлы М.Б. Джафаров Я.И. 9.  Исследование системы Ag2TeGa2Te3 методом ЭДС. Məqalə В кн.: VII Респ. науч. конф. «ФХА и неорган. материаловед.». Баку, БГУ, 2001  стр.4145 Бабанлы М.Б.

Ю.М.Шихиеv10.  Система Ag2Se-Ga2Se3-Se Жур.неорган химии, МГУ, 2001, т.46, №10 с.1748- 1750 11.  Исследование системы Ag-Ga- Se по политермическим сечениями

AgGaSe2    ( Ga 1.5S e2) Məqalə В кн: Gənc kimyaçı” I resp.elmi konfransın materialları. Bakı: Kür nəşriyyatı-2001 s.19-20 12.  Термодинамическое исследование системы Ag2S-Tl2S-S.  Məqalə VIII Респ.конф. «Физ-хим. анализ и неорган. матер.» Сб. статей. Баку 2002 с.49-54 Шыхыев Ю.М.,

Бабанлы М.Б 13.  Термодинамическое исследование системы Ag-Ga-S методом ЭДС Məqalə Akad.M.A.Nağıyevin 95-illik yubileyinə həsr olunmuş elmi konfrans məruzələrinin tezisləri. Bakı: 2003, s.228-.230 Шыхыев Ю.М. 14.  Solid-phase Equilibria and

Thermodynamic Properties of the AgGa-Chalcogen Systems.       tezis XVIII Ulusal Kimya Konqresi, Türkiyə, Kars, 2004, s. 273 15.  Solid Phase Equlibria in Ag-Ga-S (Se,Te) systems and thermodynamic

properties of ternary phases Məqalə Chem.Probl.2006, №1  p.23-28 Mashadiyeva L.,Shikhiyev Yu. 16.  Yoxsulluq və qadın  Məruzə Beynəlxalq ailə günü münasıbəti ilə keçirilən “Heydər Əliyev və dövlət ailə siyasəti” adlı konfrans 5 may, Bakı:2007 s.13-15 17.  Qadın hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsinin tərkib hissəsidir Məqalə Bakı Universitetinin Xəbərləri. Sosialsiyasi elmlər seriyası, 2008, № 1, s.118126 18.  Qədim dövrdə və ilk orta əsrlərdə mövcud dinlərdə qadına münasibət Məqalə Tarix və onun problemləri. Nəzəri, elmipraktik jurnal, 2008, № 1-2 s.12-19 19.  Azərbaycanda gender siyasəti və onun yüksəliş istiqamətləri Məqalə Dirçəliş-XXI əsr, 2008, № 122-123 s.116129 20.  Azərbaycanda       qadın       siyasətinin

hüquqi bazası Məqalə Dirçəliş-XXI əsr, 2008, № 124-125 s.235251 21.  İbrahimova              G.İ.             Şəfiqə