Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Müdri kənd inzibati ərazi dairəsində kənd.
«Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar.
Əhalisi 1859–1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə tatlardan ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) əhli–sünnə təriqətli müsəlman əhali yaşayırdı.Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 30
Kəndin əhalisi tatlardan ibarətdir. Kənddə 117 nəfər yaşayır ki, onun da 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri