Qoşakənd (əvvəlki adı: Nərimankənd) – Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qoşakənd kənd inzibati ərazi dairəsində kənd.

Rayon mərkəzindən 14 km cənub–şərqdə Girdimançayın sağ sahilindən 4 km aralı, Acınohur ön dağlığı yamacındadır. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var.

Əhalisi Əhalisi 636 nəfərdir ki, onun da 319 nəfəri kişi, 317 nəfəri qadındır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri