Türkmənistan Sovet Sosialist Respublikası bayrağı — 1 avqust 1953-cü ildə Türkmənistan Sovet Sosialist Respublikası tərəfindən istifadə olunmağa başlanıb.

Sovet Sosialist Respublikaları İttifaqının bayrağından ilhamlanaraq yaradılan bayraq, Qırğızıstan Sovet Sosialist Respublikası bayrağı ilə demək olar ki, eynidir. İki mavi zolaq (1/3 ölçüdə) Amudərya və Sırdərya çaylarını, aralarındakı qırmızı zolaq ( ölçü) isə "işçi sinfinin" mübarizəsini ifadə edir. Oraq və çəkic fəhlə və kəndli siniflərinin birliyini, qırmızı ulduz isə kommunist partiyasını simvolizə edir.Türkmənistan Sovet Sosialist Respublikasının Konstitusiyası, 1978-ci il

Tarixi 1927-ci il mayın 13–20-də keçirilən Türkmənistan SSR Sovetlərinin II qurultayı Türkmənistan SSR Konstitusiyasını qüvvəyə mindirdi. Bayraq 83-cü bənddə təsvir edilmişdir;

1930-cu ildən 1992-ci ilə qədər bayraq bir neçə dəfə dəyişdirilmişdir. 1973-cü il sentyabrın 26-da Türkmənistan Ali Sovetinin Rəyasət Heyəti bayrağa son şəklini verib. Bu versiyada oraq, çəkic və ulduzun mövqeyi bayraq dirəyinə yaxınlaşdırılıb.

1930-cu illərdə bayraq qırmızı bayrağın yuxarı sol küncündə Sovet Sosialist Respublikaları İttifaqının bayrağına bənzər böyük qızılı oraq və çəkic təsvir edirdi. 1937-ci ildən başlayaraq bayrağın yuxarı sol küncündə qızılı sarı rəngli çıxıntısız şriftlə kiril əlifbası ilə yazılmış "ТССР" hərfləri var idi. 1940-cı illərdən başlayaraq bayraq eyni olsa da, latın əlifbası hərfləri ilə "TSSR" yazılıb.

Türkmənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Türkmənistan Sovet Sosialist Respublikasının bayrağı yeni bayraq qəbul edilən 1992-ci ilin fevralına qədər dövlət bayrağı kimi istifadə olunmağa davam edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ bayraqları Kateqoriya:Türkmənistanın dövlət rəmzləri