thumb|Sədrə geyinmiş zərdüşti keşişi sədrəpüşi mərasimində uşağa kuşti bağlamağı öyrədir.

Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar.

Etimologiyası "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.Anquetil Du Perron. Zend Avesta, Tome II. p.529.

İstinadlar

Kateqoriya:Zərdüştçülük